RF-nın dövlət müşaviri - Paşinyan belə davam edərsə, yeni ili İrəvanda qarşılayacağıq ANALİTİK+ŞƏRH

Tatyana Poloskova: “Bakının səbri tükənir”

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin artıq dəfələrlə təklif etdiyi sülh müqaviləsini imzalamaq çağırışlarına məhəl qoymaması regiondakı sabitliyi pozmağa yönəlmiş addım kimi qiymətləndirilir. Xüsusilə, son vaxtlar Ermənistan-Azərbaycan arasında demarkasiya və delimitasiya olunmamış sərhəd ərazilərində düşmən tərəfinin təxribatlar əl atması istər-istəməz Bakının səbrini yenidən tükəndirməyə başladıb. İstər Qarabağdakı Rusiya sülhməramlılarının yerləşdikləri ərazilərdə hələ də mövcud olan qanunsuz erməni silahlı qruplaşmalarının mövcudluqları, istər Laçın dəhlizindəki təxribat cəhdləri, istərsə də sərhədyanı silalı təxribatlar da artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, İrəvanın “saatı” geriyə qalmağa başlayıb və bu “saatı” zamanın tələbi əsasında qurmağın vaxtıdır, əks halda, həmin “saat” tamamilə sıradan çıxmış olacaq.

Rusiya öz “saatını” Azərbaycanla eyni qurşaqda qurur

Başqa tərəfdən, sözügedən hadisələr fonunda Fransanın, ABŞ-ın Paşinyana göstərmək istədikləri aşkar siyasi və hərbi dəstək cəhdləri və həmin cəhdlərdən doğan anti-Azərbaycan maraqlarının görünməsi də bizləri düşünməyə vadar edir. Hətta vəziyyəti o həddə qədər çatıb ki, regionun əsas oyunçularından olan Rusiya belə, öz “saatını” Azərbaycanla eyni qurşaqda qurur və bu amil əslində Ermənistanı daha ağır, çıxılmaz situasiyaya doğru sürükləyir. Bəli, müharibə arzuolunan vasitə deyil, lakin müharibəyə təhrik etmək faktoru ortaya çıxırsa, siyasi, hərbi, diplomatik və s. mənalarda qalib olan Azərbhaycan öz dövlətçilik, milli maraqlarını qorumaq üçün dərhal hərəkətə keçmək gücündədir.

Məsələ ilə bağlı artıq Rusiyanın tanınmış hərbi və siyasi ekspertləri də reallıqdan çıxış edir, Bakının mövqeyinə açıq dəstəklərini nümayiş etdirirlər.

Rusiyanın siyasi elmlər doktoru: “Hər zaman olduğu kimi, Aİ-nin Ermənistana ayırdığı məbləğin yarısı oğurlanacaq”

Rusiyanın siyasi elmlər doktoru, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Tatyana Poloskova YouTube üzərindən yaymlanan “Modern Talking” analitik buraxılışında bir sıra mühüm məqamların təhlilini aparıb. O, xüsusilə, Nikol Paşinyanın bəlli davranışlarının analizini apararaq maraqlı nəticələrə gəlib.

Belə ki, onun sözlərinə görə, Paşinyan ümumiyyətlə və birmənalı olaraq sülh sazişinin imzalanmasında maraqlı deyil. “Paşinyan əsasən indi üç istiqamətli fəaliyyətlə məşğuldur. Onun birinci fəaliyyət istiqaməti dünya üzrə ora-bura qaçması və müttəfiqlərinə şikayət etməsidir. Məqsəd, erməni lobbisini də bu işə cəlb etmək və maliyyə planında olan maraqlarını həyata keçirməkdir”, deyən Tatyana Poloskova buna misal da gətirib: “Axı bildiyimiz kimi, Avropa İttifaqı artıq Ermənistana bir neçə milyard ayırmağa hazır olduğunu bildirib. Bu məbləğ formal olaraq iqtisadiyyatın artımına, humanitar işlərə yönələcək”.

Rusiyalı politoloq buna baxmayaraq, hər zaman olduğu kimi, Ermənistanda bir ənənənin dəyişilmədiyini də deyib. Daha dəqiq desək, Poloskova bu vəsaitlərin talan ediləcəyini istisna etməyib. “Hər zaman olduğu kimi, bu məbləğin yarısı oğurlanacaq. Yerdə qalan məbləğ isə silahlanmanın modernləşdirilməsinə yönələcək. İnanmıram ki, Paşinyan və onun hökuməti həmin vəsaitləri əhalinin tələblərinə xərcləsin”, RF-nın birinci dərəcəli müşaviri bildirib.

RF-nın dövlət müşaviri: “Ermənilər hələ də Qarabağda nəyin baş verməsini dərindən anlamırlar”

Digər məsələlərə gəlincə isə Poloskova qeyd edib ki, Paşinyan revançı güclərin, eləcə də xalqın zomiləşmiş hissəsinin – “Böyük və qədim Ermənistan və erməni xalqı” xülyası ilə yaşayan zombiləşmiş insanların qarşısında izahat verməlidir. Amma bu zümrəyə aid olan ermənilər hələ də Qarabağda nəyin baş verməsini dərindən anlamırlar. “Çünki daha güclü dövlət (Azərbaycan-red.) tarixi ədaləti bərqərar etməklə öz ərazi bütövlüyünü təmin edib. Ona görə də xalqın bu hissəsi ilə də (revanşçılarla) razılaşmaq lazımdır və həmin hissə çoxluq təşkil edir”, siyasi elmlər doktoru bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistanın Azərbaycanla heç bir sərhədi yoxdur. Çünki ora hələ ki, demarkasiya olunmayıb. Ona görə də sərhədlərin müəyyən olunması üçün sülh sazişini imzalamaq lazımdır və bunu Azərbaycan təklif edir: “Paşinyan hər vəchlə bundan yayınır. O, nəyi gözləyir? O istəyir ki, hansısa yeni proseslərə başlanılsın və bu hadisələr vasitəsi ilə Azərbaycanı təxribata cəlb etsin. Bu, xaotik hərəkətdir. Qarabağın azad olunmasından sonra slühün tənzimlənməsi üçün Ermənistanın gündəmində yeni heç nə yoxdur”.

Poloskova: “Möcud vəziyyətdə Rusiya ilə Azərbaycan arasında ümumi hədəf yarandı – fransızları postmünaqişə siituasiyasına buraxmamaq”

“Üçüncü məqam isə aparıcı ölkələrin lobbi qruplarıdır”, deyən Poloskova həmin ölkələrin Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından heç bir nəticə əldə edə bilmədiklərini bildirib: “Bu ölkələr Qarabağ münaqişəsinin tənzimlənməsində iştirak istəsələr də onlarda heç nə alınmadı – indi isə onlar öz aktivliklərini artırıblar. Mən Fransadan bəhs edirəm. Möcud vəziyyətdə Rusiya ilə Azərbaycan arasında ümumi hədəf yarandı – fransızları postmünaqişə siituasiyasına buraxmamaq. Fransızların Qafqazda görünmələri Rusiyaya ümumiyyətlə lazım deyil. Rusiya ilə Fransa arasında elə də sadə münasibətlər yoxdur və bu Bakıya da lazım deyil”.

RF-nın dövlət müşaviri fransızların uğursuz döyüşçülər olduğunu da xatırladıb və maraqlı məqamlara toxunub: “Ermənilərin bi məsələdəki cəhdlərinə gəlincə, fransızların necə döyüşçülər olduğunu hər kəs bilir. Onların döyüşçü adı ilə heç bir əlaqəsi ola bilməz. Situasiya asan deyil. Ona görə də Paşinyan xaotik hərəkətlər edir ki, Fransaya və digərlərinə (bəlli Qərb ölkələrinə-red.) yarısın, həmin vasitə ilə nə isə qazansın. Paşinyan bu məsələlərə görə sülh sazişinin imzalanması prosesinin əyləcini basır. Ona görə də silahlı təxribatlara əl atır. Belə olan halda, hər iki tərəfin itkiləri olur və Bakının buna səbri çatmaya bilər, hərbi əməliyyatları işə salar. Bax onda Paşinyan bütün dünyaya bağırmağa başlayacaq ki, bəs qoymayın, erməniləri torpaqlarınmdan qovurlar və gəlin onları xilas edin. Bu, heç də yetkin siyasətçinin normal davranışı deyil. Bu,bir yeniyetmə davranışıdır. Ən çox yeniyetmələr özlərini belə aparırlar”.

Politoloq: “Əgər onlar düşünürlərsə, Rusiya onlara görə Bakı ilə hərbi münaqişəyə girəcək, onlar çox əbəs yerə buna ümid edirlər”

Tatyana Poloskova öz yaxın proqnozlarına əsaslanaraq qeyd edib ki, əgər Ermənistan yaxın günlərdə sülh sazilini imzalamazsa, onun üçün yaxşı heç nə vəd etmək olmaz. Eyni zamanda, dəhliz və logistika məsələsi ortaya çıxanda siyasi geosiyasi və hərbi məsələlər daha çox qabarmağa başlayır. Paşinyan çoxsaylı söz-söhbətlər tapır ki, dəhlizi açmasın. Halbuki, bəyanatı onun özü də imzalayıb. İndi də layhələr ətrafında danışır, Fransanın bu işlərə cəbl olunmasını təklif edir. Ancaq unudur ki, zaman onun xeyrinə işləmir və bu tələbləri zamanında həll etmək lazımdır.

“Burada bir neçə variantlar var. Hesab edirəm ki, əgər Ermənistan bundan sonra da özünü belə savadsızcasına aparmağa davam edəcəksə, onda yeni ili sizinlə (Azərbaycanla-red.) birlikdə İrəvanda qeyd etməli olacağıq. Çünki bu da mümkündür. Əgər onlar düşünürlərsə, Rusiya onlara görə Bakı ilə hərbi münaqişəyə girəcək, onlar çox əbəs yerə buna ümid edirlər. Rusiya ümumiyyətlə, münaqişələrdə maraqlı deyil, o da ola Azərbaycan və Türkiyə ilə. Ona görə də belə düşünürəm ki, variantlar yaxşıdır və İrəvan bunu əldən verməməlidir”, politoloq fikirlərini başa çatdırarkən vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə