İdarələrarası Mərkəzin nümayəndələri Füzuliyə səfər edib

Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Füzuli Hava Limanının tikintisi ərazisinə baxış keçiriblər.

SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupları Füzuliyə səfər edib.

Qeyd edək ki, daha sonra Füzuli şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı kiçik təqdimatı ediləcək, Füzuli - Hadrut avtomobil yolunda aparılan minatəmizləmə işləri ilə tanışlıq olacaq və Zəfər Yolunun tikintisinə baxış keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...