"Şuşada gördüyümüz dağıntılar bizi məyus etdi" - TBMM-nin sədri

"Buraya gəlməzdən əvvəl Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri haqqında eşitmişdik. Bu gözəl və əsrarəngiz şəhəri öz gözlərimlə görmək məni həyəcanlandırdı. Amma təəssüflə demək istəyirəm ki, Şuşada gördüyümüz dağıntılar bizi məyus etdi. Özlərini bu şəhərin “sahibi” adlandıranlar buranın gözəlliyinə xələl gətiriblər. Bunu ancaq işğalçı zehniyyətli və işğalçı siyasət yürüdən ölkə edə bilər". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bildirib.

İşğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Şuşada da bərpa-quruculuq işlərinin sürətlə getdiyini bildirən Mustafa Şentop deyib: “İnanıram ki, yaxın bir-iki ayda Şuşa şəhərində həyat öz axarına düşəcək. Şuşadan qayıdanda bərpa-quruculuq işlərinin getdiyi Füzuli şəhərində olacağıq”.

TBMM-nin sədri vurğulayıb ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, biz “bir millət, iki dövlət” olaraq hər zaman bir-birimizin yanındayıq. Məhz bu gözəl şəhərdə iki ölkənin başçıları arasında imzalanan Şuşa Bəyannaməsi münasibətlərimizi ən yüksək zirvəyə qaldırdı. Mən bunu yol xəritəsi kimi dəyərləndirirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...