"Utanmayandan sonra oynamağa nə var?” - BİRLİK SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Mən artıq Əli Kərimlinin və onun kimilərin bu tipli çıxışlarına təəccüblənmirəm. Çünki öyrənmişə, adət etmişə tövbə yoxdur deyiblər. Əli Kərimli və Sevinc Osmanqızı anti-Azərbaycan mövqeli çıxışlara adət ediblər. O qədər adət ediblər ki, bunu etməyəndə içləri göynəyir, bunu etməyəndə allergiyaları tutur”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov bildirib.

Onun sözlərinə görə, Arif Hacılının, Cəmili Həsənlinin, Əli Kərimlinin və digərlərinin çirkin fəaliyyətləri nə bu günlük, nə də dünənlik deyil: “1990-cı ildə Azərbaycanda erməni separatizminə qarşı Kremldən alınan razılıq əsasında antiterror əməliyyatları keçiriləndə də, bunlar erməni ümummilli hərəkatının o zamankı lideri Patrik Ayrikyanla birgə bunu pisləyən bəyanatı imzalamışdılar. Nəticədə də, Moskvadan əməliyyatların dayandırılması əmri gəldi. Bunların fəaliyyət tarixçəsi belə faktlarla doludur. O zaman bu gün ermənilərin dəyirmanına su tökmələri, acıq-aşkar erməniyə, ən qatı düşmənimizə dəstək vermələri məni niyə təəccübləndirməlidir ki? Özü kimi yediyi qapaz ifrazatını tökən Sevinc Osmanqızı ilə ağız-ağıza verib həyasızcasına mənsub olduğu xalqa böhtanlar yağdırmaları, vətəndaşı olduğu ölkənin mənafelərini ayaq altına atmaq istəmələri, sadəcə nankorluq deyil, milli xəyanətdir. Çox təəssüf edirəm ki, Azərbaycanın indiki qürurverici günlərində də onlar belə çıxışlarını davam etdirirlər. Əslində, etdirməyə bilməzlər. Etdirməsələr, illərdi onlara milyonlar axıdan ermənilər və ermənipərəstlər hesabat tələb edəcəklər. Pullarını realizə etmək, kompensasiya etmək üçün bunu etməlidirlər. Utanmayandan sonra oynamağa nə var?”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə