"Artsrun Ovanisyanın ağzını yumun" - Naira Zoqrabyan

"Artsrun Ovanisyanın ağzını yumun". SİA xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Naira Zoqrabyan özünün feysbuk səhifəsində yazıb. O, ötən gecədən başlayaraq Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliklə bağlı status paylaşıb və Ermənistan MN-nin sabiq rəsmisi Artsrun Ovanisyanın yenidən sosial şəbəkələrdə peyda olaraq hadisələri şərhlərini hədəfə alıb.

"MN-dən yalnız bir xahişim var: Artsrun Ovanisyana nəyi isə deməyə və yazmağa qadağan edin. Sadəcə, onun ağzını bağlayın", deyə Naira Zoqrabyan yazıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə