"Sizin saxta açıqlamalarınız da müvəqqətidir" - DEPUTAT REAKSİYA VERDİ
"Özünü separatçı qurumun əmək və sosial naziri adlandıran Mane Tandilyan özünün "facebook" səhifəsində Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərin 25 min nəfər olduğunu qeyd edən açıqlamasına şərh verərək 120 min olduğunu bildirir. Əvvəlcə onu qeyd edim ki, biz XXI əsrdə yaşayırıq və texnologiyaların yaratdığı imkanlarından istifadə edərək yalan statistikaları ifşa etmək asanlaşıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Mane Tandilyan Azərbaycanın kosmik fəzada peyklərin olduğunu və nəinki Qarabağda, həm də Ermənistanın özündə, o cümlədən paytaxt İrevanda cari vəziyyəti müşahidə etmək imkanına malik olduğundan xəbərsizdir və yəqin ki, Azərbaycanın texniki imkanlarını yadından çıxardıb: "Bilirsinizmi, Azərbaycanın texniki imkanları niyə yüksədir? Bu sualın cavabını sizin baş naziri Nikol Paşinyan 2017-cidə parlamentin iclasında açıqlamışdı. O, demişdi ki: ,,Azərbaycan bir kəşfiyyat peyki aldı və Ermənistan hakimiyyəti isə Avropada, yunan adalarında, harada mümkün oldusa, orada torpaq sahələri aldı. Onlar dövləti bir mafiya strukturuna çevirməklə məhkəmə sistemindən tutmuş silahlı qüvvələrə qədər öz barmaqlarını uzatdı və bu hal indiyə kimi davam edir”.
Prezident İlham Əliyev sizin rəhbərlərinizdən fərqli olaraq bu günü görürdü. Bilirdi ki, torpaqlarımızı işğaldan azad edəndə belə problemlər yaşanacaq və ona görə də kəşfiyyat peykini illər öncə aldıq. İndi biz sizi harada, nə qədər və necə olduğunuzu, nəfəsinizi necə aldığınızı müşahidə edirik. Sizin hakimiyyətiniz isə bilirdi ki, Qarabağ sizin torpağınız deyil və nə vaxtsa Azərbaycan öz torpaqlarını geri qaytaracaqdır. Ona görə də Nikolun qeyd etdiyi kimi sizin hakimiyyətdə təmsil olunanalar bütün vəsaitlərini Avropada torpaq almaqlarına, özləri üçün kef etməklərinə xərclədi.
Həm də Mane Tandilyan unudub ki, 2020-ci ilin dekabrında rəsmi İrəvan Qarabağda qayıtmış ermənilərin sayını süni şəkildə şişirdilərək 70 minə qədər olduğunu açıqlamışdı. Faktiki isə Qarabağda prezident İlham Əliyevin qeyd etdiyi kimi 20-25 mindən çox erməni yaşamır. Çünki, müharibədən sonra qaytarılan ermənilərin yarısından çoxu şəraitin dözümsüzlüyündən Qarabağı yenidən tərk ediblər. Vəziyyət onu göstərir ki, yaxın illərdə Qarabağda ancaq qocalar və əmək fəaliyyətinə yararsız şəxlər qalacaqdır. Tandilyanın rəqəmi şişirdilməsində məqsədi əhalinin çox sayı olduğunu bildirməklə daha çox yardımlar almaq, vəsaitləri mənimsəməkdir. Siz nəinki Azərbaycanın torpaqlarını işğal edərək talan etmisiniz, hətta öz xalqını da talan etməklə məşğulsunuz. Azərbaycan isə işğaldan azad etdiyi torpaqlara yenidən həyat verir, əsil sakinlərinin qaytarılması ilə məşğuldur. Amma unutmayın ki, siz Azərbaycanın ərazisində yaşayırsınız və qanunlarımıza tabe olmaqdan başqa yolunuz qalmayıbdır. Sizin saxta açıqlamalarınız da müvəqqətidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB