Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəmizi davam etdirmək borcumuzdur - ƏHMƏD İSMAYILOV

Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəmizi davam etdirmək borcumuzdur - ƏHMƏD İSMAYILOV

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəni davam etdirmək borcumuzdur.
SİA xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov iyulun 22-də Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib.

Bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən Əhməd İsmayılov bildirib ki, yeni yaradılan MEDİA Agentliyi öz addımlarını atır. KİV nümayəndələrinin Agentliyimizin həyata keçirdiyi layihələrdə yaxından iştirak etməyini istəyirik. Arzu edirik ki, onlar öz təkliflərini verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə