Yaxud erməni təxribatının müdafiəçiləri Əli Kərimli, Sevinc Osmanqızı kimilərin məkrli siyasəti xalqımıza qarşı yönəlib
Şərəf var, ləyaqət var, qeyrət var. Vətən var, ölkə var, Azərbaycan var. Əsgər qardaşının əlinə dəmir keçməsin deyə Bakıda onun qayğısını çəkən var. Bu ürəyin yiyəsi barbar ola bilər? Vəhşi ola bilər? Terrorçu ola bilər? Əsla yox! Bunlardır əsl QƏHRƏMANLAR! Ancaq bu gün sosial şəbəkələrdə mənəvi terror törətməkdən zövq alan bir qrup “virtual terminatorlar” özlərini «əsl qəhrəman» sayırlar. Çünki onlar maraqlı siyasi qrupların əlində öz məqsədlərini reallaşdırmaq üçün əlverişli alətə çevrilib.
Yenə də, həmişə olduğu kimi, əlverişli alətə çevrilən Sevinc Osmanqızı, Əli Kərimli, Gültəkin Hacıbəyli, Arif Məmmədov Cəmil Həsənli, Qənimət Zahid və... s. kimi "virtual terminatorlar" Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı edilən hücumları müdafiə edən fikirlər səsləndiriblər. Soydaşlarımızı əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına qarşı sivil mübarizə aparmağa çağıran Sevinc Osmanqızı, Əli Kərimli, Gültəkin Hacıbəyli, Arif Məmmədov Cəmil Həsənli, Qənimət Zahid və... bu kimi əxlaqsızlar, sözün həqiqi və məcazi mənasında bununla da düşmən dəyirmanına su tökürlər. Bu günlərdə Sevinc Osmanqızı iddia edib ki, guya bu gün sivil qarşıdurmanı pozan Azərbaycan tərəfidir. "Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir", - deyən S.Osmanqızının Azərbaycan xalqı, dövləti əleyhinə səsləndirdiyi fikirlər ermənilərin çoxdan axtardıqları bəhanələrdir.
Bəli, düşmən çoxdandır bizim hansısa birimizin dilindən bu sözləri axtarırdı ki, ondan istifadə edərək, “baxın, azərbaycanlılar özləri öz əməllərini işfa edirlər”, - desinlər. “Onlar (xaricdə yaşayan azərbaycanlılar - red) nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?” - sualını verən jurnalist ermənilərin üzərində ASALA terror təşkilatının adı olan paltarlar geyinən ermənilərin Azərbaycanın xaricdəki diplomatik konsulluqlarının binalarına təşkil etdiyi hücumları “görmürmü”? Olmaya ermənilərin küçələrdə döyüb xəsarət yetirdikləri soydaşlarımızın axan qanını, yaralarını da görmür? “Mən yenə də davanın kim başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil”, - deyən Osmanqızı əlavə edir: “Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil”. Və Sevinc Osmanqızı bununla da özü barəsində tam, dolğun, əslində, əvvəllər də mövcud olan xoşagəlməz imic haqqında aydın təsəvvür formalaşdırır. Deyəsən, Osmanqızı iyulun 12-dən 16-dək sərhəddə gedən döyüşlərdə erməni təxribatının qurbanı olan şəhidləri də unudub... Unutmayıb, hər şeyi satmağa adət edib - mənliyini, ailəsini, torpağını, vətənini, dövlətini…Soruşmaq istərdik: Neyləmisən? Sən hansı haqla özünü “xalqın fədaisi” hesab edirsən? Elə buna görə də ingilisdilli əyalət tribunası olan S.Osmanqızını nə qədər vəhşi, faşist adlandırsaq da, ondan da ağır bir söz axtarışına çıxdım. Tapdığım söz insan yox, İBLİS oldu. Bəli, S.Osmanqızı iblisdir. Əgər vaxtı ilə Sarkisyan belə, etiraf edir ki, Xocalıda insanları bilə-bilə qırıblar- deyirsə, bu iblis və onun kimilər – Arif məmmədovlar, orduxanlar, fəxrəddinlər, vidadilər, yunuslar, xədicələr və sırası, mənşəyi bu ünsürlər erməni təəssübkeşləri bunu anlamır. Çünki bu qərəzli, üfunət dolu, idbar, anti-Azərbaycan, yalnız qara-qura ilə məşğul olan bu iblis xislətlilərin hamısı Avropada oturub gecə-gündüz Azərbaycan əleyhinə aksiyalar təşkil etməklə hökumətin əleyhinə fikirlərlə daha çox qrant almaq davası aparmaqdadır. Bəli, S.Osmanqızının əsl sifəti budur. Bu, o Sevinc Osmanqızıdır ki, bu gün sosial şəbəkələrdə onun-bunun sifarişlərini canla-başla həyata keçirən, əvəzində filan qədər dollar, avro əldə edənlərə, Vətəninin maraqlarını amerikan, ingilis və s. ölkələrin xəfiyyələrinə satan Sevinc Osmanqızıdır! Bir fərd ki, öz ailəsinə, soyadına qarşı xəyanət edirsə, ondan bütün rəzillikləri, riyakarlıqları, ləyaqətsizlikləri gözləmək mümkündür. Çünki mən, o, digər vətənsevər jurnalistlər, qələm adamları heç vaxt (!) öz peşəsinə, dövlətinə, dövlət başçısına xəyanət etməyib, etməyəcək də! Xəyanət ölümdən betər bir şeydir və bunu, sadəcə, anlamaq lazımdır. Lakin Sevinc kimiləri üçün isə, xəyanət etmək ən adi bir məsələdir. Ondan bütün rəzillikləri, riyakarlıqları, ləyaqətsizlikləri gözləmək mümkündür. Sonda bu satqınlar bilməlidirlər, gec-tez xalqın qarşısında ən ağır cəzalarını alacaqlar, özü də bağışlanılmayan cəzalarını!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB