Zaxarova erməninin sualını ələ saldı SƏRT CAVAB +FOTO

Zaxarova erməninin sualını ələ saldı SƏRT CAVAB +FOTO

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Facebook sosial şəbəkəsində onun rəyinə ironik fikir yazan erməni istifadəçisinə ağır cavab verib. SİA xəbər verir ki, Zaxarova Ukraynanın Konstitusiya məhkəməsinin “Ukrayna dilinin dövlət dili kimi təmin olunmasının funksionallaşdırılması” haqqında qanunu şərh edib.

Onun şərhinə rəy yazan erməni istifadəçi Armine Xarazyan özünün “kritik” fikirlərini çatdırıb və “Bəs sizi nəyə görə belə güclü narahat edir? Əgər bu Almaniya, yaxud Fransa olsaydı... Nəyə görə siz başqa suveren ölkə üçün bu qədər nigaran qalırsınız... sanki sizin burnunuz hər zaman çox uzun görünür... O, daim ola bilməyəcəyi yerlərdədir”, erməni istifadəçisi yazıb.

Onun cavabı gecikməyib və Zaxarova iti şəkildə yazıb: “Bəs siz nəyə görə bizim güclü narahat olmağımızdan narahat olursunuz?!”, rus diplomatı qeyd edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə