Azərbaycan Özbəkistana 50 min ədəd "AstraZaneca" vaksini hədiyyə edib

Azərbaycan Özbəkistana 50 min ədəd "AstraZaneca" vaksini hədiyyə edib

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə hökumət nümayəndə heyəti iyulun 16-da Daşkənddə keçiriləcək “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfransda iştirak etmək üçün Özbəkistana gəlib.
SİA xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin və UNICEF-in bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə COVAX proqramı çərçivəsində nümayəndə heyəti ölkəmizdən Özbəkistana 50 min doza “AstraZanesa” vaksinini çatdırıb.
Vaksinlər hava limanında Özbəkistan Səhiyyə Nazirliyinin Sanitar-Epidemioloji və İctimai Sağlamlıq Mərkəzinə təhvil verilib. Vaksinin özbək tərəfinə təhvil verilməsində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə