“44 günlük Vətən müharibəsi Ermənistana dərs olmalıdır” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Ermənistanda sabitlik yoxdur. Bu oyuncaq ölkədə müharibədən sonda daha da gərginlik var. Ermənistan daxildəki gərginliyi ötürmək üçün bu ölkə yeni müharibə başlayacaqları barədə anons verir”. Bunu hərbi ekspert Emil Həsənli SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin atəşkəsi pozmaq kimi hərəkətləri təbii ki, məsuliyyəti Ermənistan hakimiyyətinin üzərindədir: “Əgər Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmasa, təxribatlarını dayandırmasa, bu, Ermənistan üçün heç də yaxşı olmayacaq. Yenidən Dəmir yumruq onun başına dəyəcək. Əslində, Azərbaycan Ermənistana böyük şans verib. Yəni həm Azərbaycanla, həm də Türkiyə ilə normal bir münasibət qurmaq Ermənistan üçün də faydalı olar. Əks halda Ermənistanın mövcudluğu sual altında olacaq. 44 günlük Vətən müharibəsi Ermənistana dərs olmalıdır. Hər ay Türkiyə ilə Azərbaycan birlikdə böyük hərbi təlimlər keçirlər. Bu təlimlərin məqsədi meşədə və dağlıq ərazilərdə qanunsuz silahlı birləşmələr və terrorçu dəstələrə qarşıdır. Azərbaycan hər an antiterror əməliyyatları keçirib terrorçuları bütövlükdə həm Xankəndindən, həm də digər ərazilərdən təmizləyə bilər. Ermənistanla da sərhəddə atəşkəsin pozulması davam etsə Azərbaycan beynəlxalq hüquqa, öz konstitusiyasına söykənərək və vətəndaşların təhlükəsizliyini qorunması üçün zəruri olan addımlar atacaq. Bu da Ermənistanı daha da ağır duruma salacaq”.
E.Həsənli onu da bildirdi ki, bu gün Ermənistandan məntiqi, qanuna uyğun addımlar gözləmək sadəlövhlükdür: “Əgər Ermənistanda təmsil olunan hakimiyyət təmsilçilərində ağıl olsaydı bu vəziyyətə gəlib düşməzdilər. Bir sözlə, onlar bir vəhşi qəbilədir və bu vəhşi qəbilə terror edib, soyqırımı edib, işğalçılıq siyasəti həyata keçirib, ona görə də onlar öz cəzalarını alıblar və alacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB