Erməni təxribatları SSRİ-nin yeni modelinin carçısıdır - ARAŞDIRMA
10 noyabr sazişindən sonra sülhün qədrini bilməyən ermənilərin məqsədi bir çox yöndən anlaşılmazdır. Onlar ya fikiri bir yerə qoyub konkret qərar verə bilmirlər, ya da həmişəki kimi ikibaşlı siyasət yürüdürlər. Belə ki, həm sülh, imdad çağırışları edib, həm də atəşkəsi pozmaqlarına başqa ad vermək olmaz. Biz bu cür davranışları eyni ilə Çar Rusiyası və SSRI dövründə də müşahidə etmişik. Erməni quldur dəstələri kəndlərə girərək dinc əhaliyə divan tutur, daha sonra azərbaycanlıların qaçaq dəstələrindən, müdafiə təşkilatlarından qorunmaq üçün ruslara sığınırdı. Beləliklə onlar həm öz yayıldıqları əraziləri genişləndirirdilər, həm də öz aciz imiclərini qoruyurdular. Beləliklə bu fənd ermənilərin genetik xüsusiyyətinə çevrilib.
İyulun 13-də 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri qanunsuz erməni silahlı dəstələri tərəfindən pulemyot və avtomatlardan atəşə tutulub. Şuşa ətrafı ərazilərdə rus sülhməramlılarının olduğunu nəzərə alarsaq, birbaşa Rusiya tərəfindən açıqlama tələb etmək olar. İyulun 14-də Naxçıvanda törətdikləri provakasiya nəticəsində isə yalnızca özləri itki verdilər. Belə ki, onlar saat 10.00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Buna rəğmən Ermənistan Müdafiə Nazirliyi açıqlama verib ki, çərşənbə günü Naxçıvanla sərhəddə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin "Döyüş mövqelərini irəliləmək üçün mühəndis texnikasından istifadə edərək möhkəmləndirmə işlərini aparmağa çalışdıqlarını" deyib. Beləliklə bu hadisənin elə 100 il əvvəlki erməni fəndi olduğunu başa düşmək olar. Yəni onlar yenə də atışma başladıb Azərbaycan tərəfini hücum etməkdə günahlandırır.
14 iyulda cənub-şərq istiqamətində maşınla gedən Artur Nalbandyan və Aramais Torozyanla rabitə əlaqəsi itib. Onların səhər tezdən dumanda itdikləri bildirilir. Xilasetmə-axtarış tədbirləri başlasa da, hələlik heç bir nəticə yoxdur. Qəribəsi budur ki, bu axtarış üçün Azərbaycan tərəfindən də yardım istəyiblər. Beləliklə bir çoxumuz rahatlıqla təxmin edə bilərik ki, həmin ərazilərdə yüzlərlə mina basdırılıb. Deməli məqsəd ya Azərbaycan Ordusunun dəstələrini minalanmış əraziyə çəkmək, ya da bizi yardım etməməkdə günahlandırmaqdır.
Digər tərəfdən isə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan özünün köməkçisi Qagik İsaxanyanı Qarabağa göndərir. Erməni mediasında bildirilir ki, “Artsax respublikası”na ediləcək “İşgüzar səfər” 12-15 iyul tarixlərində gerçəkləşdiriləcək. Xankəndidən qayıtdıqdan sonra isə köməkçisi Paşinyana nəticələr haqda hesabat təqdim etməlidir. Deməli bir daha öz təxribatçı mövqeyini ortaya qoyan ermənilər rəsmi Bakının razılığı olmadan belə qanunsuz səfərləri həyata keçirməklə həm də üçtərəfli 10 noyabr və 11 yanvar razılaşmalarını pozur.
Beləliklə erməni tərəfi Azərbaycana yalvararaq razılaşdırılmış müqavilələri heçə sayır, onun bəndlərini pozur. Digər tərəfdən sorğulamaq lazımdır ki, Ermənistan vətəndaşı olan İsaxanyan rus sülhməramlılarının qoruduğu Laçın dəhlizindən necə keçəcək? Digər tərəfdən isə bu səfər barədə Azərbaycan tərəfi niyə məlumatlandırılmayıb? Ümumilikdə bu təxtibatlar nəyə xidmət edir?
Bu suallara cavab tapmaq üçün mövzu üzrə mütəxəssis hesab etdiyimiz ekspert Cümşüd Nuriyevlə müzakirə apardıq. O bildirir ki, bu səfər qeyri-qanunidir, Moskva təzyiqi ilə yanaşı bu cür özbaşınalıqlar görəcəyik. Lakin xalq və media olaraq bu məsələləri qabartsaq, dövlətimizin arxasında olsaq onların qarşısını ala bilərik. Cümşüd Nuriyev bildirir ki, Rusiya digər qonşularında olduğu kimi Ermənistanda da vahid iqtisadi bazar, sərhədlərin birgə qorunması məsələlərini gündəmə gətirib. Hətta onlar daha irəli gedərək vahid hava hücumundan müdafiə sistemi də qurmaq istəyir. Bütün bu addımların yaranması isə yeni bir dövlətlər ittifaqının qurulması planına dəlalət edir. Vladimir Putin SSRİ-in yeni bir variantının 2024-də yaranmasını planlayırdısa, hazırda o, prosesləri surətləndirmək istəyir. Moskvada dövlət dumasının komitə sədri Leonid Kalaşnikov çox təhlükəli bir bəyanat verib “Türkiyə bilməlidir ki, onlar, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanla əlaqə saxlaya bilər, amma onlar bizim nüfuz dairəmizdir”. Bu təhdidlər də həmin dövlətlər ittifaqı planına dəlalət edir. Rusiya tərəfinin verdiyi digər bəyanatda isə belə deyilir “Ermənilər türklərlə özü dil tapsın amma biz bütün hallarda onların yanındayıq”.
Cümşüd Nuriyev izah edir ki, bu bəyanat da xristian həmrəyliyi nümayiş etdirir. O eyni zamanda düşünür ki, Qagik İsaxanyanın səfəri növbəti təxribatlar mərhələsinin başlanğıcıdır. 7 iyuldan başlayan bütün təxribatlar Rusiyanın müstəmləkəçi maraqlarına xidmət edir. Bütün bu qanun pozuntularına, təziqlərə və təhdidlərə başqa ad vermək olmaz. Bütün addımlardan qorunmaq üçün ziyalılar, siyasətçilər, xalq olaraq birləşib dövlətimizin və Ali Baş Komandanın arxasında olmalıyıq. Azərbaycan Milli Məclisi, Xarici İşlər Nazirliyi məsələ barədə çıxış etməli, cavab tədbirləri görməlidir. Yalnız bu təqdirdə Rusiya tərəfi anlayacaq ki, bizim xalq dövlətinin arxasındadır və Rusiyanın bu addımları ilə barışmırıq. Bu barədə mühüm işlərdən biri isə medianın bu təxribatları gündəmdə saxlamasıdır.
Ekspert rəyindən də göründüyü kimi erməni təxribatları SSRİ-in yeni modelinin carçısıdır. Biz bu hadisələri AXC dönəmində də müşahidə etmişdik. Həmin illərdə də ordumuzun Qarabağda ermənilərlə döyüşlərdə olmasından istifadə edən Sovet qoşunları müstəqillimizə son qoymuşdu. Lakin indi 1920-ci il deyil. Beləliklə belə bir işğalın baş tutması mümkünsüzdür. Amma biz yaranmaqda olan problemi elə yerindəcə donduraraq bu fənddən də münaqişəsiz çıxa bilərik. Hər halda dövlətimizin gücü, siyasi idarəçiliyi bizə bu imkanı verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB