YAP Ağdaş rayon təşkilatında adlı videokonfrans keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı və Gənclərin İnkişaf və Karyera Mərkəzi Ağdaş nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 52-ci ildönümü münasibətilə tədbir keçirilib. "Heydər Əliyev-Azərbaycanın inkişaf və tərəqqi dövrü" adlı konfransı giriş sözü ilə YAP Ağdaş rayon təşkilatı idarə heyətinin üzvü Anar Şahmuradov açaraq, Dahi Şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında konfrans iştirakçılarına geniş məumat verib. A. Şahmuradov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyul tarixində Respublika rəhbərliyinə gəlməsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı hesab edilir.
"Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldikdən sonra ölkədə hər bir sahədə ciddi inkişaf və tərəqqi qeydə alınmış, Azərbaycan müttəfiq respublikalar arasında ön yerini tutmağa başlamışdır. Bundan əlavə ölkənin elm, təhsil, mədəniyyət, incəsənət sahələrinə də xüsusi diqqət və qayğı göstərilmiş, bu və digər sahələrdə çalışan şəxslərin əməyinə böyük qiymət verilmişdir",- deyə A. Şahmuradov bildirib.
YAP İdarə heyətinin üzvü, millət vəkili, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov konfransda çıxış edərək, Dahi Şəxsiyyət Heydər Əliyevin Sovetlər dövründə azərbaycanlı gənclərin ali təhsil almaları istiqamətində böyük işlər görməsi, ölkədə ali təhsil müəssisələrinin yaradılması, eyni zamanda Respublika gənclərinin SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərilməsi haqqında geniş məlumat verib. Ulu Öndər Heydər Əliyev Azərbaycanda hərbi təyinatlı məktəblərin yaradılmasana nail olmuş, hərbi kadrların hazırlanması işində misilsiz işlər görmüşdür. Həmin dövrdə azərbaycanlı gənclərin hərbi məktəblərdə təhsil almalarını təmin etməklə, Ulu Öndər Heydər Əliyev gələcəyi, Azərbaycanın müstəqil ölkə olacağını düşünmüş və həmin hərbi kadrlardan istifadə etməklə, Azərbaycanın gələcək Ordusunun qurulmasını hədəfləmişdir.Ümumilikdə elə bir sahə yoxdur ki, Ulu Öndər Heydər Əliyevin Sovetlər dönəmində respublikaya rəhbərliyi zamanı həmin sahədə inkişaf qeydə alınmasın. Heydər Əliyevin hakimiyyəti zamanı Azərbaycan qısa zamanda aqrar ölkədən sənaye ölkəsinə çevirilmiş, çoxlu sayda istehsal müəssisələri, fabrik və zavodlar açılmışdır. Kənd təsərrüfatı sahəsində taxılçılıq, pambıqçılıq, üzümçülük və heyvandarlıq sahələrində sürətli inkişaf təmin edilmişdir,- deyə millət vəkili Cavid Osmanov qeyd edib.
Çıxışının sonunda millət vəkili Cavid Osmanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı möhtəşəm Zəfərə diqqət çəkərək, müasir Azərbaycan Ordusunun yaradıcısının da, məhz Ulu Öndər Heydər Əliyev olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda YAP Ağdaş rayon təşkilatı gənclər birliyinin üzvü Pərvin Əhmədov, rayon təşkilatının gənc könüllüsü Pərvanə Məmmədova, rayon təşkilatının fəal üzvü, Vətən Müharibəsi iştirakçısı Toğrul Cəlilov çıxış edərək, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin ölkəmiz və xalqımızın tərəqqisi naminə misilsiz işlər gördüyünü, müasir Azərbaycanın əldə etdiyi uğurların təməlində Ulu Öndər Heydər Əliyev siyasi dəst-xəttinin dayandığını qeyd ediblər.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB