Ararat Mirzoyan və Mger Qriqoryan XİN-ə rəhbərliyi rədd etdilər HÖKUMƏT BÖHRANI
“Hakimiyyət kəskin milli məsələlərlə bağlı danışıqların təfərrüatlarını açıqlamağı lazım bilmir, hər şey kulislər arxasında həll olunur”
Erməni teleqram kanalları ölkədə iki aydan artıqdır ki, xarici işlər naziri vəzifəsini icra edə biləcək şəxsin tapılmadığını qeyd etmələri ilə yanaşı, hətta iqtidarda olan dövlət məmurlarının da onlara verilən təklifləri rədd etdiklərini yazırlar. SİA xəbər verir ki, bu barədə togarma301 ermənilərə məxsus teleqram kanalı yazır.
“Bizdə olan məlumatlara görə, Ararat Mirzoyan və Mger Qriqoryan onlara təklif edilmiş Ermənistan respublikasının xarici işlər naziri vəzifəsindən imtina ediblər, onların namizədlikləri kənarda qalır”, yazan adıçəkilən kanal bununla yanaşı iddia edib ki, onlarda olan digər məlumata görə nazir vəzifəsinə Armen Qriqoryan gedəcək və onun birinci müavin mövqeyi müvəqqətidir.
Kanal yazır ki, Ararat Mirzoyanın və Mger Qriqoryanın imtina səbəbləri - yaxın günlərdə Ermənistan respublikasıı XİN-nin qarşısına qoyulacaq bir neçə məsələlərlə bağlı olan məsuliyyəti üzərlərinə götürmək istəməmələri ilə əlaqəlidir. Armen Qriqoryan isə bu addımlara göründüyü kimi hazırdır.
“Bir həftədən çox vaxtın keçməsinə baxmayaraq, biz hələ də hakimiyyətdən öyrənə bilmədik ki, söhbət hansı çətinliklərdən gedir”
Erməni teleqram kanalı Paşinyanla Putinin Moskvadakı görüş zamanı Rusiya prezidentinin Paşinyana xitabən “çətin məsələləri yalnız xalqın etimadı sayəsində həll etmək mümkündür, bu isə sözdə var” fikrini xatırladıb.
Kanal, eyni zamanda, sözügedən görüşün üzərindən bir həftədən çox vaxt ötdüyünü qeyd edib və sual ünvanlayıb: “Bir həftədən çox vaxtın keçməsinə baxmayaraq, biz hələ də hakimiyyətdən öyrənə bilmədik ki, söhbət hansı çətinliklərdən gedir və Paşinyanın qarşısında dayanan öhdəliklər nədir. Hakimiyyət kəskin milli məsələlərlə bağlı danışıqların təfərrüatlarını açıqlamağı lazım bilmir, hər şey kulislər arxasında həll olunur, xalqa isə fakt kimi təqdim ediləcək”, adıçəkilən erməni teleqram kanalı yazır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB