“Əli Kərimli siyasətdən getməlidir” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Hər bir demokratik ölkələrdə müxalifətin mövcudluğu labüddür. Azərbaycanda isə müxalifət milli maraqlara zidd siyasət aparır. Bu da onların xarici qüvvələrdən asılı olmaları ilə bağlıdır. AXCP sədri Əli Kərimli 30 ilə yaxın bir müddətdir ki, müxalifətdə özünü ana, ata və baba müxalifət kimi təqdim edə-edə bəzi gənclərin beynini zəhərləməyə və onları özünün arxasınca aparmağa çalışıb, ancaq yanlış siyasəti onun üçün arzuolunmaz nəticələr verib”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Əli Kərimlinin heç zaman hakimiyyətə gələ bilməyəcəklərini və bu baxımdan, cəbhəçi gəncləri partiyadan istefa verməyə çağırması bir siyasi müxalifət lideri üçün biabırçılıqdır, rüsvayçılıqdır: “Təbii ki, sənin hakimiyyətə gəlmək şansın sıfıra bərabərdir və cəmiyyət tərəfindən də heç bir siyasi dəstəyin yoxdur. Onların məqsədi müxalifət fonu yaradıb özlərini xarici ölkələrdəki “ağalarına” reklam edib pul qopartmaqdır. Əgər hakimiyyətə gələ bilməyəcəyini özün öz dilinlə bəyan etmisənsə, onda tamamilə bu siyasətdən get. Çünki öz uğursuzluğunu öz dilinlə bəyan edirsən. Belə olan halda hansı siyasi müxalifətçilikdən söhbət gedə bilər. Düşünürəm ki, bu, Əli Kərimlinin bir tərəfdən məğlubiyyətinin etiraf etməsidir, ikinci tərəfdən isə Azərbaycan iqtidarının alternativsiz qüdrətli qüvvə olması deməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB