“Əli Kərimlinin “Gənclər siyasəti” iflasa uğrayıb” - İCTİMAİ BİRLİYİN SƏDRİ AÇIQLADI

“Əli Kərimlinin “Gənclər siyasəti” iflasa uğrayıb” - İCTİMAİ BİRLİYİN SƏDRİ AÇIQLADI

“AXPC sədri Əli Kərimli heç zaman hakimiyyətə gələ bilməyəcəklərini və bu baxımdan cəbhəçi gəncləri partiyadan istefa verməyə çağırıb. Əslində bu hərəkəti ilə o sosial bazalarının olmadığını bir daha nümayiş etdirdi”. Bunu SİA-ya açıqlamasında Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov bildirib.

Onun sözlərinə görə, AXCP sədrinin bu bəyanatı sübut edir ki, bu partiyanın arxasında heç bir sosial baza yoxdur: “Yəqin ki, vaxtı ilə bəzi yoldan çıxarılmış gənclər o partiyanın üzvü idilər və həmin gənclər bu partiyanın sosial bazasının olmadığını, xalq arasında nüfuzunu itirdiyini və yalnız sosial şəbəkələrdə haray-həşir, qarayaxma, şər-böhtan kampaniyası aparmaqla məşğul olduğunu gördülər. Həmin gənclərin istefa verdiklərini müşahidə edən Ə.Kərimli bəhanə gətirərək belə bir bəyanat səsləndirir. Əslində isə AXCP-də gənclər qalmayıb. Yəni çoxdan o partiyanı tərk edib gediblər. AXCP sədri də bu bəyanatı səsləndirməklə guya bunun rəhbərlik etdiyi partiyasında gənclər var və guya həmin gəncləri də istefaya çağırır. Yəni bu Əli Kərimlinin növbəti atdığı siyasi şoudur və hansısa məqsədə xidmət edir. Həm də, səsləndirdiyi bu bəyanat gülməli bir bəyanatdır. Qısası, Ə.Kərimlini “Gənclər siyasəti” iflasa uğrayıb”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə