"Xalqın bir hissəsi özünü millət hesab edə bilər" VLADİMİR PUTİN

"Xalqın bir hissəsi özünü millət hesab edə bilər" VLADİMİR PUTİN

Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, inkişaf dövründə bir xalqın bir hissəsi özünü ayrı bir millət kimi hiss edə bilər və buna hörmətlə yanaşılmalıdır. SİA xəbər verir ki, bu barədə Putin Kremlin internet saytında yayımlanan "Ruslar və Ukraynalıların Tarixi Birliyi haqqında" məqaləsində qeyd edib.

"Ölkələr, cəmiyyətlər də daxil olmaqla hər şey dəyişir. Əlbətdə ki, inkişaf dövründə hansısa xalqın bir hissəsi, bir sıra səbəblərə, tarixi şərtlərə görə, müəyyən bir zamanda özünü ayrı bir millət kimi hiss edə bilər. Buna necə münasibət bəslənilməlidir? Cavab birdir ki, əlbəttə, hörmətlə", deyə Rusiya prezidenti öz məqaləsində bildirir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə