Prezident Migel Dias-Kanel etirazçıları “əksinqilabçıların muzdluları” adlandırıb
“Azadlıq adası” adlandırılan Kubada siyasi hadisələr dəyişib və sabitlik pozulub. Belə ki, kütləvi etirazlara start verilən ölkədə hakim Kommunist partiyasına qarşı aksiyalar vüsət alıb. SİA xəbər verir ki, bu barədə lenta.ru yazır. Bildirilir ki, vəziyyətin gərgin həddə keçməsi səbəbindən Kubanın təhlükəsizlik qüvvələrinin əlavə gücləri şəhərlərə yeridiliblər. Artıq paytaxt Havana hərbi qüvvələrlə əhatəyə alınıb.



Lakin kommunistlərə qarşı etirazlar fonunda hakim quruluşa kütləvi dəstək aksiyaları da keçirilir və maraqlıdır ki, bütün bunlar paralel olaraq müşahidə olunmaqdadır. Bu haqda Kubanın El Periodico nəşri də yazır.
Etirazçılar isə hakimiyyətdən “azad seçkilərin keçirilməsini” və sosial problemlərinin qısa müddətdə həll olunmasını tələb edirlər.
Etiraz aksiyaları zamanı toqquşmalar və zərər çəkənlərin olmadığı da xəbərlər sırasındadır.
Kuba prezidenti kubalıları küçələrə səsləyərək dəstək istəyib
Qeyd edək ki, bundan əvvəl Kubanın prezidenti Migel Dias-Kanel ölkədəki etirazlar fonunda hakimiyyətə dəstək verən kubalıları küçələrə səsləyib, təxribata yol verənlərə qarşı çıxaraq dövlət maraqlarını qorumağa çağırıb. O, etirazçıları “əksinqilabçıların muzdluları” adlandırıb.
Kuba polisi və dəstək göstərən hərbçilər artıq həbslərə başlayıblar.



Bu arada, ABŞ da dərhal siyasi maraqlarını işə salaraq Kuba hakimiyyətinə qarşı xəbərdarlıq edib. Belə ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan etirazçılara qarşı gücün tətbiq edilməməsi ilə bağlı xəbərdarlıq bəyanatı səsləndirib.

Ehtimallar var ki, Kubadakı siyasi gərginliyin artması və sabitliyin pozulması üçün amerikalıların xüsusi xidmət orqanlarının fəaliyyət planları mövcuddur və hadisələr də məhz bu istiqamətdə start götürüb.
Qeyd edək ki, etirazlar və kütləvi aksiyalar 1959-cu il inqilabından sonra baş verən ən böyük izdihamlığı ilə seçilir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB