Hələ də erməni hərbçilərinin cəsədləri tapılır -DAHA 2 CƏSƏD TAPILIB

Hələ də erməni hərbçilərinin cəsədləri tapılır -DAHA 2 CƏSƏD TAPILIB

İyulun 8-də Füzuli və Cebrail istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində iki erməni hərbçinin qalıqları aşkar edilib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Dövlət Təcili Xidməti informasiya verib.

Qeyd olunur ki, bu günə qədər Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə hərbi qulluqçular və mülki şəxslər olmaqla 1598 erməninin cəsədi və qalıqları aşkar edilib.

Xatırladaq ki, Ermənistan tərəfinin təxribatlarının nəticəsində başlayan və cəmi 44 gün davam edən müharibənin məntiqi nəticəsi olaraq işğalçı ölkənin silahlıları, hərbçiləri işğal etdiyi ərazilərdən çəkilmək, hərbi texnikanı, silah-sursatı qoyub qaçmaq məcburiyyətində qalıblar və çox böyük itgilər veriblər. Ermənistanın hərbi-siyasi hakimiyyəti erməni cəmiyyətindən itgiləri gizlətsə də, itgilərin sayının az olduğunu göstərməyə çalışsa da, Ermənintan vətəndaşlarının hələ də övladlarını, qohumlarını və yaxınlarını axtarmaları təsdiq edir ki, itgilər səlahiyyətlilərin təqdim etdiklərindən dəfələrlə çoxdur. Əbəs yerə deyil ki, soyuducularda saxlanılan və erməni cəmiyyətindən gizlədilən cəsədlərdən, onların qalıqlarından əlavə döyüş zonasında hələ də erməni hərbçilərinin, erməni silahlılarının cəsədləri aşkarlanır. O da təsadüfi deyil ki, Ermənistan tərəfi hələ də itgin düşən hərbçilərinin axtarışını davam etdirir. Çünki, erməni səlahiyyətlilər itgilərinin daha çox olduğunu hamıdan yaxşı bilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə