“Təsdiq olunmuş bölgü Qarabağın gələcək inkişafı üçün geniş imkanlar yaradacaq” - Məşhur Məmmədov
“Qloballaşma şəraitində sürətlə dəyişən dünyanın bütün predmetləri nəzərə alınmaqla, əminliklə deyə bilərik ki, Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasındadır. 44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalından azad edilən ərazilər müasir standartlar və texnologiyalar əsasında bərpa olunur. Habelə əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Erməni işğalından azad edilmiş ərazilərimizin sürətlə bərpa olunması məqsədilə Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı Fərmanı Azərbaycanın iqtisadiyyatının güclənməsinə, bu istiqamətdə atılan addımların ardıcıllığını təsdiq etməklə yanaşı, yeni reallıqların tələblərindən irəli gələn zərurətlə bağlıdır. Fərmanda bildirildiyi kimi, işğaldan azad edilmiş ərazilərin bərpası, inkişafının təmin olunması, zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsi və Qarabağa Böyük Qayıdışın reallaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər həmin ərazilərin bərabər inkişafının təmin olunmasını və iqtisadi rayonlar üzrə bölgüyə daxil edilməsini şərtləndirmişdir”. Bu fikiriləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov SİA-ya açıqlamasında bildirib.
M.Məmmədov bildirib ki, Fərmanadək ölkəmizdə 10 iqtisadi rayon var idisə, indi onların sayı 14-dür: “Ən əsası, Fərmanda da vurğulandığı kimi, Şərqi Zəngəzur və artıq heç bir bölgü aparılmadan, Aşağı, Yuxarı, Dağlıq, Aran deyilmədən vahid, bütöv Qarabağ iqtisadi rayonlarının yaradılması həm iqtisadi, həm də siyasi əhəmiyyətinə görə çox vacib və çox önəmli məqamlardandır. Çünki adıçəkilən iqtisadi rayonlarla Müzəffər Ali Baş Komandan tarixi Qələbə və Zəfərimizdən sonra onun daha möhkəmləndirilməsi, əbədi edilməsi istiqamətində daha bir cəsarətli mövqe, qətiyyət nümunəsi, dəmir iradə ortaya qoydu. Bununla düşmən dövlətə və onun qanlı havadarlarına bir daha mesaj verilir ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində israrlıdır, qətiyyətlidir, birmənalı, dəyişməyən mövqeyə malikdir və artıq nə Dağlıq Qarabağ adlanan coğrafi ərazi, coğrafi quruluş, nə Dağlıq Qarabağ adlı münaqişə, nə də Dağlıq Qarabağ məfhumu var. 44 günlük müharibə və “Dəmir yumruq” əməliyyatı ilə münaqişəyə də son qoyulub. Artıq dağlı-aranlı, aşağılı-yuxarılı vahid Qarabağ və Qarabağlı bütöv, qalib Azərbaycan var”.
Millət vəkili hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini deyərək vurğulayıb ki, həmin ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli şəkildə istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir: “Xüsusilə Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Eyni zamanda, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxEyni zamanda Qarabağ iqtisadi rayonunun da yaradılmasının zəruriliyi əsaslandıran arqumentlər də sənəddə öz əksini tapmışdır. Həmçinin sözügedən Fərmanda Qarabağa vahid yanaşma var, yəni dağlıq və aran Qarabağ bir götürülür. Qeyd olunur ki, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir. Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına töhfə verəcək. Xüsusən də iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyini artıracaq, Azərbaycan iqtisadiyyatını gücləndirəcək”.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB