Rusiyanın orbitində qalmaqla Ermənistan Qarabağı və Zəngəzuru tamamilə itirəcək ARAM SARKİSYAN

Rusiyanın orbitində qalmaqla Ermənistan Qarabağı və Zəngəzuru tamamilə itirəcək ARAM SARKİSYAN

Artıq Ermənistanın siyasi-ictimai isteblişmentinin bir sıra tanınmışları, hətta zamanında Rusiyanı yeganə xilaskar kimi görən cinahları da anlamağa başlayıblar ki, uzun illər yürüdülən işğalçılıq və regional özünütəcrid siyasəti bu ölkənin sonunu yaxınlaşdırmaqdadır. Söz yox ki, ikinci Qarabağ müharibəsindən alınan ağır cavab və məğlubiyyət reallığı Ermənistanın nəinki dalana dirənməsinə səbəb olub, eləcə də həmin ölkənin dövlətçilik statusunu məhv edib.

SİA-nın məlumatına görə, daha bir erməni siyasətçisi, “Respublika” partiyasının sədri Aram Sarkisyan etiraf edib ki, Rusiyanın orbitində qalmaqla Ermənistan Qarabağı və Zəngəzuru tamamilə itirəcək. O, bu sözləri Armİnfo-ya müsahibəsində deyib.

Moskva praktiki olaraq özünün imkanında olan bütün alət və mexanizmlərdən istifadə etdi və erməni xalqı bu imkanı növbəti dəfə Rusiyaya yaratmış oldu

Lakin bununla yanaşı, hələ də ümidini itirmədiyini deyən Aram Sarkisyan yeni seçilmiş hökumətin yaşanan problemlərdən çıxa biləcəyinə inanmaq istədiyini bildirib: “Çox ümid edirəm ki, seçilmiş erməni hakimiyyəti ona xaricdən və indi də daxildən, parlamentdən olan təzyiqləri aşacaq. Bu halda idarəedici güc müəyyən uğurlar qazana bilər və nəticədə Ermənistan bataqlıqda olduğu mövcud vəziyyətdən çıxa bilər, bundan sonra biz inkişaf yoluna qədəm qoya bilərik”.

Sarkisyan eyni zamanda erməni xalqını da ittiham hədəfinə gətirərək iddia edib ki, həm seçkilərdən əvvəl, həm də seçkilərdən sonra Moskva praktiki olaraq özünün imkanında olan bütün alət və mexanizmlərdən istifadə etdi ki, İrəvana təzyiq göstərsin və seçkilərdən sonra erməni xalqı bu imkanı növbəti dəfə Rusiyaya yaratmış oldu. Rusiyanın orbitində qalmaqla Ermənistan Qarabağı və Zəngəzuru tamamilə itirəcək deyən Aram Sarkisyan bu kontekst səbəbindən iyunun 20-də sədri olduğu “Respublika” partiyasının uduzduğunu, azlıqda qaldığını bənahə edib.

Paşinyanın və “Vətəndaş sazişi”nin etimad votumu qazanması şəxsən onun üçün təkbaşına şəkildə istədiyi qanunlara, beynəlxalq sazişlərə imza atmasına şərait yaradır

O da maraqlıdır ki, Sarkisyan nəinki Robert Koçaryana və Serj Sarqsyana, həmçinin Nikol Paşinyana da müxalifətdə olduğunu bəyan edib. “Onlar deyil, məhz biz hakimiyyətə qarşı real müxalifətik”, “Respublika” partiyasının sədri iddia edib.

Qeyd edilənlərlə yanaşı, erməni siyasətçisi bildirib ki, Paşinyanın və “Vətəndaş sazişi”nin etimad votumu qazanması şəxsən onun üçün təkbaşına şəkildə istədiyi qanunlara, beynəlxalq sazişlərə imza atmasına şərait yaradır

Sarkisyanın sözlərinə görə, seçkilərdən sonra xalqın qərarı göstərdi ki, bütün baş verənlərdə məhz sabiqlər günahkardırlar və müvafiq obrazda da səslər verildi. O, yerdə qalan hadisələrin məhz irəli sürdüyü iddialar məntiqində cəeəyan edəcəyini bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə