Siyasi vəziyyətin normallaşmasından heç də razı qalmayan erməni tərəfi bu və digər yollara əl atır. Hər halda geri qalan məsələlər daha böyük siyasi qüvvələrin cızdığı yolla sonlanacaq. Elə bu yolların çoxluğu da məsələnin həllini bu qədər uzatmışdı. Lakin bir vaxtlar yaratdığı münaqişə ocağını söndürmək məcburiyyətində qalan Rusiya məsələ barədə tərəf dəyişməyə və neytral qalmağa məcbur oldu. Neytrallığa rəğmən qərbin zonadakı təsirini uzaqlaşdıran Rusiya məsələnin sülh yolu ilə həllində də vasitəçi kimi böyük rol oynadı.
Rusiya tərəfinin sabitlikdən və iqtisadi inkişaf zonasından əldə etdiyi qazancı da hesablasaq, bu ölkənin imperialist dəyərləri bir kənara qoyub dinc qonşuluq əlaqələr qurmaq addımını başa düşmək olar. Təəccüblü deyil ki, mövcud sülhün qorunması üçün əlindən gələni edən, davamlı diplomatik görüşlər, səfərlər həyata keçirən bu ölkə özünə həm iqtisadi inkişaf tranziti açdı, həm də Qərbin bölgəyə səpilmiş toxumlarını havaya sovurdu.
Belə bir məqamda Rusiyanın növbəti bir münaqişə ocağını işə salaraq Gürcüstanı da Qərbin ağuşundan dartmaq istəyi də gözləniləndir. Beləliklə Rusiya məhz bu üsulla öz ətrafını, Qafqazı qərbdən uzaqlaşdırır. Beləliklə öz strateji və diplomatik güvənliyini təmin edən Rusiya daha suveren siyasət apara biləcək. Belə ki, Rusiyanın qonşuluğunda demokratik Gürcüstan, qərbyönümlü Ermənistan nümunəsinin olmaması ona daha rahat bir siyasi sfera yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB