Çin səfiri ilə görüş keçirilib - FOTOLAR

Çin səfiri ilə görüş keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Guo Minlə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə iki ölkə arasında dostluq və siyasi, iqtisadi əməkdaşlıq münasibətlərinin inkişafı, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə, eləcə də, təhsil, səhiyyə, mədəniyyət, maşınqayırma sənayesi, kənd təsərrüfatı və s. əlaqələrin yüksəldilməsi, yeni iqtisadi layihələr, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə