"Üç ölkənin prezidentlərinin zirvə görüşündə - NƏLƏR MÜZAKİRƏ OLUNACAQ? - DEPUTAT ŞƏRH ETDİ

"Üç ölkənin prezidentlərinin zirvə görüşündə - NƏLƏR MÜZAKİRƏ OLUNACAQ? - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan-Türkmənistan-Türkiyə dövlət başçılarının növbəti zirvə görüşü planlaşdırılır. Hələ fevral ayında xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşündə zirvəyə hazırlıqlar müzakirə olunmuş və bu istiqamətdə müvafiq yol xəritəsi müəyyən edilmişdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, məlumdur ki, Vətən müharibəsindən sonra bölgədə dəyişən reallıq fonunda iki və çoxtərəfli münasibətlərə də yenidən baxılması zərurətə çevrilmişdir: "Xüsusən də Azərbaycanın qələbəsi ilə bölgədə Azərbaycanın diqtəedici gücə çevrilməsi, Türkiyə ilə əməkdaşlıq fonunda bütövlükdə türk amilinin həlledici gücə çevrilməsi, habelə, türkdilli dövlətlər arasında quru əlaqənin təmin olunması istiqamətində nəticələr fonunda türk dünyası üçün yeni bir tarixi mərhələ başlandığı aydın müşahidə olunur. Belə bir tarixi-siyasi şəraitdə, artıq Azərbaycan Türkiyə ilə münasibətlərini yeni reallıq fonunda bir daha nəzərdən keçirib "Şuşa Bəyannaməsi" ilə ən ali səviyyəyə, müttəfiqlik formatına saldı. O cümlədən, Türkmənistanla ötən il "Dostluq" yatağı ətrafından əldə olunan tarixi razılaşmadan sonra münasibətlərimiz yeni səviyyəyə yüksəlsə də Vətən müharibəsindən sonra yeni reallıqların qardaş Türkmənistanla da müzakirəsi vacibdir. Ötən ay bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər Azərbaycan və Türkmənistan xarici işlər nazirləri tərəfindən müzakirə edilmişdi və planlaşdırılan zirvə görüşü də prosesin məntiqi yekunu olacaq. Heç şübhəsiz ki, üçtərəfli əməkdaşlığın yeni səviyyəsi bir sıra istiqamətlərdə, o cümlədən, beynəlxlaq təşkilatlar çərçivəsində birgə fəaliyyət, regional təhlükəsizlik, regionda davamlı sülhün bərqərar olunması, regional kommunikasiya xətlərinin açılmasının tezləşməsində istiqamətində öz müsbət nəticələrini göstərəcək".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə