Sibir xorası aşkarlanan kəndin baytarı İNTİHAR EDİB

Sibir xorası aşkarlanan kəndin baytarı İNTİHAR EDİB

Sibir xorası xəstəliyinin aşkarlandığı İsaakyan kəndinin baytar həkimi intihar edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu informasiyanı Ermənistan polisinin mətbuat xidməti də təsdiqləyib.

Məlumatda qeyd olunur ki, intiharın kənddəki Sibir xorası xəstəliyi ilə bir şəkildə əlaqəli olduğunu söyləmək də olar, amma bunun bəlkə də bu sadəcə bir təsadüf olduğunun mümkünlüyü də qeyd olunur. Ermənistanın Şirak bölgəsinin İsaakyan kənd sakini, yerli baytar həkimin intihar etdiyi barədə məlumat, onun İsaakyan kəndindəki evlərdən birinin tövləsində asıldığı barədə xəbər səhər saat 10: 40-da polis tərəfindən qeydə alınıb. Əməliyyat istintaq qrupu hadisə yerinə yola düşüb.

İntihar edənin, özünü asanın 1950-ci ildə anadan olduğu ortaya çıxıb. Bəlli olub ki, o, oz tövləsində iplə özünü asaraq intihar edib. Xarici müayinə zamanı mərhumun bədənində zorakılıq izləri aşkar edilmədi. İntihar faktı ilə bağlı materiallar hazırlanır.

Qeyd olunur ki, əvvəllər bu kənddə, həm heyvanlarda, həm də insanlarda Sibir xorası infeksiyası halları qeydə alınmışdı. İsaakyan kəndindən yeddi nəfər Sibir xorası xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Onlar Gümrü Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicə olunurlar. Cümə axşamı gününə qədər 6 baş iribuynuzlu heyvanın və eyni sayda xırdabuynuzlu heyvanın ölümü qeydə alınıb.

Xatırladaq ki, bu yaxınlarda Qeqarkunik bölgəsinin Vanevan və Torfavan icmalarının 3 sakininə də qarayara diaqnozu qoyulub. İlkin məlumatlara görə, həmin insanlara bu xətləlik xəstə heyvanın ətindən yoluxub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə