Rusiyalı Azərbaycan əsilli jurnalist ermənilərin isterikalarından yazdı SİYASİ RAKURS
Səadət Qədirova: “Sizinlə bağlı nə baş verirsə, yalnız sizdən asılıdır”
“Məndən tez-tez soruşurlar: nəyə görə nə vaxtsa kimsə Türkiyə və ya Azərbaycanla yaxınlıq edirsə, ermənilərin teleqram kanallarının seqmentlərində, bütövlükdə isə internetdə isterika başlanılır”.

SİA xəbər verir ki, bu sözləri Rusiyanın İTAR TASS agentliyinin azərbaycan əsilli jurnalisti, 44 günlük Vətən müharibəsi dövründə RF-nın müxtəlif televiziya kanalları və siyasi tok-şouları vasitəsi ilə, xüsusilə davamlı olaraq anti-Azərbaycan təbliğatı aparan Solovyovun verilişıində Azərbaycan həqiqətlərini qətiyyətli çıxışları ilə dünyaya və rus izləyicilərinə çatdıran, eləcə də erməni lobbisinə işləyən Zatulinin və s. məlum şəxslərin ermənipərəst fikirlərini, iddialarını inkaredilməz faktları, arqumentləri ilə alt-üst edən Səadət Qədirova (Kadırova) teleqram kanalında yazıb.


Lavrov və Çavuşoğlunun səmimi, dostcasına vidalaşmalarından doğan erməni narahatlığı: “Belələri düşünürlər ki, ətraflarında olan hər kəs onlara qaşıdır və zərər vurmağa çalışırlar”
Onun sözlərinə görə, o və digərləri dəfələrlə ekspert və jurnalistlərin, siyasətçilərin internet məkanlarında uğradıqları hücumlara rast gəldiklərini yazıb. Daha dəqiq desək, azərbaycanlı jurnalsit mövzunu bugünlərdə Türkiyədə görüşmüş Rusiya və Türkiyə XİN rəhbərlərinin – Lavrovla Çavuşoğlunun vidalaşarkən səmimi, dostcasına görüntülənmiş fotoları ətrafındakı səs-küyə münasibətini bildirib. Erməni seqmentlərinin bu fotoya aqressiya və nifrət bəsləmələrinə diqqət çəkən Səadət Qədirova ermənilərin bu çərçivədən çıxış edərək guya Rusiyanın Ermənistanı satması, bölməsi iddiaları irəli sürdüklərini bildirib.


SİTAT: “Cavab həm sadədir, həm də çətindir. İnsanlar nə vaxtsa özlərində qüsur kompleksi hiss edirlərsə, onlara elə gəlir ki, ya xəyanətə uğrayıblar, ya da satılıblar. Belələri düşünürlər ki, ətraflarında olan hər kəs onlara qaşıdır və zərər vurmağa çalışırlar”.


Azərbaycanlı jurnalistdən daha bir sərt cavab: “Siz – öz əməllərinizin, düşüncə və məqsədlərinizin nəticəsisiniz”
Azərbaycanlı jurnalist erməni cəmiyyətinin bu kimi xüsusiyyətlərini izah edərkən qeyd edib ki, sözügedən cəmiyyət üzvləri o qədər daslana qısılıblar və onların beyinləri o dərəcədə yuyulub ki, hətta qonşuları ilə dinc şəraitdə yaşamaq, partnyorları və müttəfiqləri ilə dostluq etməyi belə bacarmırlar. Halbuki, bu (dinc yaşamaq, dostluq etmək, mehriban qonşuluq prinsiplərinə əməl etmək) strategiyadır, bu böyük siyasətdir, bu diplomatiyadır və bu, əvvəl-axır düzgünddür, qəbulediləndir.


“Nəyə görə baş nazir (Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan nəzərdə tutulur – R.R.) yunanlı, fransız, amerikalı siyasi isteblişment nümayəndələri ilə görüşərkən azərbaycanlılar indifferentdirlər? Axı heç kim isterikaya düşmür: bəs hamı bizə qarşıdır, bizə xəyanət edirlər, bizə nifrət edirlər…

Belə bir əla deyim mövcuddur: əgər siz düşünürsünüzsə ki, kainat əzab çəkirsə və siz də buna “duz tökürsünüzsə”, demək sizdə özündənmüştəbehlik maniyası (maniya veliçiya) var. Sizinlə bağlı nə baş verirsə, yalnız sizdən asılıdır. Siz – öz əməllərinizin, düşüncə və məqsədlərinizin nəticəsisiniz”, Səadət Qədoriva telekram kanalında erməni seqtmentlərinin isterikalarına, hau-küylərinə münasibətini bildirərkən yazıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB