İrəvanın diqqətinə: Rusiya SM-nın missiyası Azərbaycandan asılıdır! ANALİTİK+AKTUAL

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son bəyanatları bir sıra məqamları ilə yadda qalıb. SİA xəbər verir ki, onun erməni ictimai televiziyasına verdiyi müsahibəsində Azərbaycanla sərhədlərdə Rusiya sərhədçilərinin dayanacaqları, hətta ölkələrimiz arasında demarkasiya prosesinin yekunlaşmasından sonrakı müddətdə də qalma ehtimallarının olması ilə bağlı fikirləri maraqdoğurucudur. Qriqoryan bu ehtimalı belə əsaslandırıb ki, rusların sərhədlərə nəzarət mexanizmlərini həyata keçirmələri yalnız erməni tərəfinin imkan və güc məhdudiyyəti yarandığı halda baş verə bilər.

Ermənistan sərhədlərini qorumağa belə sərhədçi tapa bilmir!

Rusiya sülhməramlılarının azad edilmiş Qarabağ regionunun bəlli nöqtələrində yer almalarına gəlincə isə, Qriqoryan əminliklə iddia edib ki, RF sülhməramlıları kontingenti həmin əraziləri 4,5 il sonra tərk etməyəcəklər və buna Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı da imkan verir və s.

Maraqlısı da budur ki, Qriqoryan öz “əminliyini” həm də belə əsaslandırıb ki, sən demə sülhməramlıların regionda daha uzun müddət qalacaqları ilə bağlı ehtimalları ona “rusiyalı həmkarları” deyibmiş.

Təkcə Qriqoryanın bəyanatının bu hissəsinin təhlilini apararsaq bir daha sübut olunur ki, Ermənistan tamamilə köməksiz vəziyyətdədir. Bu ölkə nəinki formal olaraq müstəqil adlandırılır, hətta fakt budur ki, onun müstəqilliyi yox səviyyəsindədir, özü də elə vəziyyətdədir ki, sərhədlərini qorumağa belə sərhədçi tapa bilmir!

Özü də “Dəmir yumruq” sayəsində Ermənistanın ruslardan asılılığının artmasını sübut edən amil yalnız bu deyil

Başqa tərəfdən, Azərbaycanın Ermənistana endirdiyi “Dəmir yumruq” o dərəcə ağır olub ki, ölkə nəinki müstəqil siyasət yürüdə bilmir, hətta sorosçu olan və Rusiyaya qarşı düşmən kimi baxan Armen Qriqoryan ölkəsinin xilasını məcburi şəkildə Kremldə axtarır.

Özü də “Dəmir yumruq” sayəsində Ermənistanın ruslardan asılılığının artmasını sübut edən amil yalnız bu deyil. Misal üçün, biz xatırlada bilərik ki, 44 günlük müharibədən sonra Rusiyanın Ermənistandakı hərbi mövcudluğu genilşləndirilir. Təkcə, erməni hökumətinin Sünikdə, yəni Zəngəzurda Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri üçün əvəzsiz torpaq əraziləri ayırması faktı bu reallıqları tam çılpaqlığı ilə isbatlamış olur.

Qal desə, qalacaq, öl desə, öləcək

Təbii ki, Ermənistan öz sərhədlərinin mühafizəsində kimlərin dayanmasını müəyyən etmək üçün sərbəstdir. Amma ölkənin siyasi-ictimai isteblişmentinin bundan sonra Ermənistanın sərhədlərini “suveren ərazilər” kimi təqdim etmələri kifayət qədər gülünc təsir bağışlayır. Hətta belə bir vəziyyət yaranıb ki, bu gün Ermənistanın mövcudluğu tamamilə Kremldən asılıdır – qal desə, qalacaq, öl desə, öləcək. Bütün bunlar öz yerində. Lakin!

Lakin Qriqoryanın ona aidiyyatı olmayan bir məsələyə burnunu dürtməsi, yəni rusiyalı sülhməramlı kontingentinin Azərbaycanın ərazilərində daha uzun müddətdə qalmaq imkanları ətrafında sərsəmləməsi ona və eləcə də ölkəsinə çox baha başa gələ bilər. Belə deyək, əgər o Ermənistanın Təhlükəsizlik Şurasına rəhbərlik edirsə və bu halda ona aid olmayan “bostana” tərəf “daş atırsa” həmin “daş” çox güclü rikoşet verərək nəinki onun özünü, hətta ölkəsinin təhlükəsizliyini böyük təhlükə altında qoya bilər. Bax, bunu o düşünməyib. Görünür, yenidən bəzi izahatlara ehtiyac var.

“Dəmir yumruq” onsuz da hazır vəziyyətdədir və belə axmaq düşüncələrlə davam edərlərsə, onun bu dəfə daha ağır formada enməyəcəyinə kimsə zəmanət verə bilməz, hətta Rusiya sülhməramlıları da!

Elə isə izah edək: Aydındır ki, Rusiya ilə münasibətlər quran Ermənistanın Moskva ilə münasibətləri nökər və ağa kontekstində inkişaf edir. Azərbaycanın isə Şimal qonşusu ilə münasibətləri amamilə fərqlidir – böərabərhüquqlu partnyortluq ənənəsi və mehriban qonşuluq prinsiplərinə sadiqlik. Ona görə də, Armen Qqriqoryan anlamağa məhkumdur ki, üççtərəfli bəyanata əsasən, ərazilərimizə 5 illik müddətə yerləşən sülhməramlı kontingentinin əlavə müddətdə qalıb-qalmaması qərarını məhz Azərbaycan verəcək.

Çünki Qarabağın dağlıq hissəsindəki ərazilər beynəlxalq hüquq və s. sənədlər əsasında, dünya ölköələri tərəfindən tanınan Azərbaycanın ərazisindədirlər, Ermənistanın deyil. Qriqoryan “əminliklə” iddialar irəli sürərkən bu gerçəkliyi ya unudub, ya da özünü unutmuş kimi göstərib. Fəqət, “Dəmir yumruq” onsuz da hazır vəziyyətdədir və belə axmaq düşüncələrlə davam edərlərsə, onun bu dəfə daha ağır formada enməyəcəyinə kimsə zəmanət verə bilməz, hətta Rusiya sülhməramlıları da!

Qriqoryanın rusiyalı həmkarları ermənilərin “qədim” ənənələri olan hansı bəlli xüsusiyyətlərini nəzərə almayıblar?

Digər tərəfdən, onun guya “rusiyalı həmkarları tərəfindən inandırılması” iddialarına gəlincə, həmçinin sual edə bilərik: Əcəba, Qriqoryan ümumiyyətlə, bu barədə danışarkən onun yalan söyləməməsini, ya da yalan söyləməsini necə müəyyən edə bilərik? Məsələn, əgər onun iddiaları həqiqətdirsə belə demək mümkündür ki, Qriqoryanın rusiyalı həmkarları ermənilərin “qədim” ənənələri olan bəlli xüsusiyyətlərini nəzərə almayıblar – düşünməyiblər ki, ermənilər arzuladıqlarını həqiqət kimi göstərir və danışırlar. Hətta özlərinə heç bir hesabat vermədən danışdıqları yalanları, irəli sürdükləri iddiaları müqabilində nə qədər zərər çəkəcəklərinin fərqinə belə varmırlar. Bəli, ruslar bunu nəzərə almayıblar.

Ancaq əsas budur ki, hər kimsə Ermənistana “ümid” verib və “inandırıbsa” elə həmin tərəflər də anlamalıdıalr ki, regionda əsaslı sülh və sabitliyin qorunması, təhlükəsizlik zəmanətinin əldə olunması üçün, ilk növbədə, Azərbaycanla əlaqələri möhkəmləndirmək, müəyyən hesablaşmalar aparmaq, Bakı ilə uzlaşmaq vacibdir. Yalnız bütün bunlar icra edilöərsə ermənilər öz gələcəklərinə ümidlə baxa bilərlər, yoxsa ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və onun kimiləri nə qədər məntiqsiz, real vəziyyətə uyğun olmayan “ümidverici” bəyanatlar səsləndirərlərsə, bir o qədər də ölkələrinin suverenliyini daha sürətlə itirməli olacaqlar. Məgər hər şey göz önündə deyilmi?

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə