Ermənistan parlamentinin deputatı Naira Zoqrabyan Bakının sözdə “hərbi əsirlərin” (diversant və terrorçuların-red.) geri qaytarılmaları ilə bağlı şərtlərini açıqlayıb. SİA xəbər verir ki, bununla bağlı məlumat verən lenta.ru saytının yazdığına görə, Zoqrabyan AŞPA-nın iclasından sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla söhbət edib. O, Zoqrabyana bildirib ki, Azərbaycanda hərbi əsir yoxdur, lakin respublika ərazisində olan erməni əsirləri terror aksiyaları həyata keçiriblər.
“Bakı təmsilçisi əlavə edib ki, Ermənistanın erməni hərbi qulluqçularının əvəzinə Azərbaycana təqdim etdiyi mina xəritələrinin yarısı saxta çıxıb”, sayt yazır.
“Seyidov deyib ki, Azərbaycan terrorçuların geri qaytarılmasına hazırdır, əgər Ermənistan sülh razılaşmasına imza atarsa, yəni yazılı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”, deyən Zoqrabyan Qarabağın yerdə qalan hissəsinin də Azərbaycanın ərazisi olaraq tanınmalı olduğunu bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB