Düşmən hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib - FOTO

Düşmən hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib - FOTO

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmən hava hədəfinin aşkarlanması, taktiki qaydalarla qarşısının alınması, nəzarətə götürülməsi və məhv edilməsi məqsədilə hava döyüşünün yerinə yetirilməsi əməliyyatını icra edib.

Hərbi pilotlarımız qarşıya qoyulan tapşırığı uğurla icra edib və şərti düşmən hava hədəfi məhv edilib.

Təlim iyulun 3-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə