Tiqran Abrahamyan: "Qarabağ ermənilərinin gələcəyə olan son ümidləri də çökdü" - AÇIQLAMA
Ermənistanın "Anaket" analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan özünün “Feysbuk” səhifəsində bildirib ki, Qarabağdakı son etirazlar müxtəlif tərəflərdən təhlil edilməlidir.
Abrahamyana görə, bu etirazların səbəbi, Dağlıq Qarabağdakı erməni separatçılarının lideri Arayik Harutyunyanın seçki günü Ermənistanın hakim qüvvəsinin ofisinə səfəri, bundan əvvəl isə vasitəçilik etməsi və dəstək verməsi, həmçinin sonrakı təbriklərdir.
Rusiyanın sülhməramlı kontingentinin nəzarəti altında olan Qarabağın dağlıq hissəsindəki erməni əhalisinin narazılığına səbəb olan amilləri Abrahamyan başqa bir şeydə görür: “Əslində, hər şey çox aydındır. Qarabağ sakinlərinin böyük əksəriyyəti problemlərinin həllini Ermənistanda hakimiyyət dəyişikliyində görürdülər. Bu, həm daxili problemlərə, həm də Qarabağ ətrafındakı vəziyyətə aid idi, lakin mövcud hakimiyyətin yenidən seçilməsi ilə, onların gələcəyə olan ümidləri dağıldı".
Abrahamyana görə, Qarabağda erməni hakimiyyət orqanlarının edilməməsi Qarabağın yekun təslim edilməsi kimi qəbul edilir.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB