Ermənistanda son zamanlar ərzaqlar və un məmulatlarında baş verən bahalaşma sindromu artıq yanacağada keçib. SİA-nın "Arm.Today" saytına istinadən verdiyi xəbərə görə, may ayı ərzində benzin və dizelin qiyməti kəskin bahalaşıb. Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə benzinin 13,7 faiz və dizelin qiyməti isə 21,6 faiz qalxıb. Lakin təkcə may ayı ərzində Ermənistanda benzinin qiyməti aprel ayı ilə müqayisədə ümumilikdə 5,2 faiz, dizel yanacağının qiyməti isə 4,2 faiz artıb.
Eyni zamanda adı çəkilən yanacaq növlərinin qiyməti 2011-ci ilin may ayında 2010-cu ilin dekabr ayı ilə müqayisədə müvafiq olaraq 21,1 faiz və 24,9 faiz bahalaşıb. Ekspertlər isə həyacan təbili çalır. Çünki Ermənistanın daxili məhsul istehsalının aşağı səviyyədə olmasını nəzərə alsaq, gələcəkdə böhranın daha dərinləşəcəyinə heç bir şübhə yaranmır. Belə ki, nəqliyyat vasitələri ilə xaricdən gətirilən mallar ölkə daxilində yanacaqların baha olmasını səbəb gətirərək ixrac etdiyi malları baha qiymətə satmağa məcbur olacaqlar. Bu isə sosial böhran içində boğulan Ermənistanda bütün növ məhsulların qiymətində artıma gətirib çıxaracaq.
Lakin fəsadlar artıq özünü biruzə verməyə başlayıb. Ermənistanda əsas tələbat mallarının qiymətləri bahalaşmağa başlayıb. İrəvandakı mağazalarda şəkər tozu və yağın qiymətində artım müşahidə olunur. Bundan başqa, benzin də bahalaşıb. Bir sıra iri mağazalar şəbəkəsi isə qiymət siyasətini müəyyənləşdirmək üçün bir neçə saat ərzində satışı dayandırıb.
Ermənistan iqtisadi rəqabətin müdafiəsi üzrə dövlət komitəsi isə yaranmış vəziyyətin qarşısının alınması üçün ölkə bazarına nəzarəti gücləndirmək qərarına gəlib. Monitorinqi aparılan malların sayı 25-dən 40-a qədər artırılıb. Nəzarət hər saat aparılacaq. Dövlət komitəsi təsərrüfat subyektlərinə müraciət edib ki, süni qiymət artımına yol verməsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB