Atışma nəticəsində üç nəfər ölüb MİSSURİ ŞTATINDA

ABŞ-ın Missuri ştatında atışma nəticəsində ən az üç nəfər ölüb, dörd nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə CNN polisə istinadən məlumat yayıb.

Polisin verdiyi məlumata görə, hadisə Sent-Luis şəhərində olub. Qeyd olunur ki, hadisə bazar ertəsi gecəsi baş verib. Bildirilir ki, atışmanın səbəbləri hələ də məlum deyil. Hazırda atışma ilə və hadisələrin nəticələri ilə əlaqədar polis araşdırma aparır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə