Səbail rayon 132 və 134 nömrəli təhsil komplekslərində \"on birinci\"lərin sonuncu zəngi çalınıb- FOTO

Səbail rayon 132 və 134 nömrəli təhsil komplekslərində \"on birinci\"lərin sonuncu zəngi çalınıb- FOTO

Bu gün Səbail rayon 132 və 134 təhsil komplekslərində \"on birinci\"lərin sonuncu zəngi çalınıb. SİA-nın məlumatına görə, tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da iştirak edib.

Yenicə təmirdən çıxan kompleksin ilk məzun buraxılışı da məhz bu gün həyata keçirilib. Məktəblilərin hazırladıqları şeir parçaları və mahnı nömrələri son zəng tədbirinə xüsusi maraq qatıb.

Kompleksin tələbələri isə bildiriblər ki, 11 il təhsil aldığı məktəbdən ayrılmaq onlar üçün çox çətindir.

\"\"

Təhsil Kompleksinin direktoru, əməkdar müəllimi Sara Xanlarova da bu ilki məzunlara yeni və müstəqil həyatlarında uğurlar arzulayıb.

\"\"

Təhsil kompleksində həmçinin Azərbaycana "Eurovision- 2011" mahnı müsabiqəsində birincilik qazandıran Nigar Camalın balaca qızı Səidə də söylədiyi şeirlə məktəbin məzunlarını təbrik edib.

Reportajımızın sonunda nəhayət ki, gözlərdə hüzn yaradan və məktəb həyatına əlvida deyən o zəng- \"SON ZƏNG\" çalındı...!!!!

Bütün xəbərlər Facebook səhifəmizdə