“İki ölkə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir” - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
“Azərbaycanla Pakistan arasındakı əlaqələr demək olar ki, bütün istiqamətlərdə 20 ildən çoxdur ki, inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, Pakistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Dağlıq Qarabağın işğalı ilə bağlı Azərbaycana öz haqq işinə dəstək olan islam ölkələrinin birincilərindəndir: “Məhz Tovuz hadisələrində və 44 günlük müharibədə Pakistan dövləti Azərbaycana böyük dəstək oldu. Pakistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana öz haqq işində bütün dəstəyi göstərməyi hazır olduğunu bildirmişdi. Beynəlxalq forumlarda və keçirilən tədbirlərdə Azərbaycanın haqq işini dəstəkləmiş və Ermənistan tərəfinin işğalçılıq fəaliyyətini və əməllərini pisləmişdir. Pakistanın bu mənəvi dəstəyi geosiyasi arenada Azərbaycana diplomatiya sahəsində öz təsirini göstərir. Pakistan kimi böyük bir dövlətin Azərbaycanın yanında olması, Azərbaycanı dəstəkləməsi Azərbaycana qarşı ola biləcək beynəlxalq səviyyədə xarici risklərin müəyyən bir şəkildə təsirini azaltdı”.
Şair Ramaldanov həmçinin qeyd edib ki, cənab Prezident İlham Əliyev bildirmişdi ki, biz bu müharibədə biləcəyik ki, kim bizim dostumuzdur: “Bu müharibədə daim Azərbaycanla birgə olan, daim Azərbaycanı dəstəkləyən Türkiyə və Pakistan oldu. Bu onu göstərir ki, Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. Hərbi əməkdaşlıq ümumiyyətlə bir neçə istiqamətdə həm təcrübə mübadiləsində, həm kadrların hazırlığı məsələsində. Azərbaycanın Hərbi Silahlı Qüvvələrinin Akademiyasında strateji tədqiqatlar, dövlət müdafiəsində idarəetmə akademik kursunda bir neçə pakistanlı zabit təhsil alaraq məzun olublar. Pakistanda keçirilən həm kadrlar məsələsində, həm də hazırlıq məsələsində azərbaycanlı hərbiçilər iştirak etmişdilər. Hərbi texniki sahədə bu gün Azərbaycanın demək olar ki, təlim təyyarələrinin 9-u Pakistanda istehsal olunan təyyarələrdir. Pakistanla ümumiyyətlə bütün sahələrdə Azərbaycanın əlaqələri genişlənməkdədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB