Sahibə Qafarova: “YAP daim xalqımızın rifah halının yaxşılaşması yönündə ciddi addımlar atır”
28 May - Respublika Günü münasibətilə ölkəmizdə silsilə tədbirlər həyata keçirilib. SİA-nın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı da ənənəsinə sadiq qalaraq bayram münasibətilə müxtəlif tədbirlər reallaşdırıb. Belə tədbirlərin biri də YAP Nəsimi rayon təşkilatının təşəbbüsü və partiyanın bir qrup millət vəkillərinin dəstəyi ilə Şəmkir rayonunda keçirilib. Rayonda yaşayan, göz xəstəliklərindən əziyyət çəkən və sosial vəziyyəti nisbətən zəif olan uşaqların göz müayinəsi təşkil edilib. Tibbi müayinə respublikamızda tanınmış, yüksək ixtisaslı göz həkimləri - tibb elmlər namizədləri Nigar Xanlarova və Nubar Qasimova, həkim Cəmilə Samədovanın iştirakı ilə aparılıb.
Şəmkir rayonunun mərkəzi xəstəxanasında keçirilən tədbirdə çıxış edən millət vəkili, Yeni Azərbaycan Partiyası Nasimi rayon təşkilatı Qadınlar Şurasının üzvü Sahibə Qafarova aksiyanın keçirilməsindəki məqsədlərdən danışıb. Onun sözlərinə görə, daim xalqımızın rifah halının yaxşılaşması, onların hər cür qayğı ilə əhatə olunması yönündə ciddi addımlar atan Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları bu istiqamətdə bütün təşəbbüslərə dəstək verir. Bu tədbir isə gələcəyimiz olan uşaqların sağlamlığının qeydinə qalınması, onların daha sağlam həyat ilə təmin olunmasına yardım etmək məqsədi daşıyır.
Aksiya çərçivəsində 300-dən artıq uşaq müayinə edilib. Rayon sakinləri YAP Nəsimi rayon təşkilatının və partiyanın üzvü olan millət vəkilərinin bu təşəbbüsünü yüksək qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB