"Türkiyə diplomatiyası zərgər dəqiqliyi ilə münasibətləri tənzimləyir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Türkiyə diplomatiyası zərgər dəqiqliyi ilə münasibətləri tənzimləyir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Türkiyə və ABŞ prezidentlərinin görüşü çox mühümdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Onun sözlərinə görə, belə görüşlərdə faktiki olaraq, iki dövlət arasında gələcək inkişafın gələcək münasibətlərin strategiyası müəyyənləşdirilir: "Bu baxımdan hər iki dövlət başçısının görüşdən sonra bu görüş haqqında çox böyük təmtəraqlı ifadələrin işlətməməsi onu göstərir ki, bu işgüzar münasibətlərdir. Bu işgüzar münasibətlərdə ən azından pisləşmə yoxdur. Digər tərəfdən bu görüşdən sonra Əfqanıstanla bağlı və Əfqanıstanda yaranmış vəziyyətlə bağlı, Əfqanıstan aeroportunun qurulması ilə bağlı Türkiyə ordusunun orada qalması və bu missiyanın həyata keçirilməsi məsələsi ilə bağlı açıqlama verildi. Qərara alındı ki, Türkiyə ordusu orada qalacaq. Türkiyə dövlət başçısı da bununla bağlı bir sıra şərtlər irəli sürüb. Çox güman ki, bu görüşdə məhşur “S-400” məsələsi müzakirə olunub. Amma bununla ABŞ-dan sərt bəyanat gəlmədiyinə görə, güman etmək olar ki, tərəflər razılığa gəliblər. Digər tərəfdən iki dövlət başçısının görüşündə NATO-dakı birgə əməkdaşlıq, Lidyada vəziyyət, Qarabağda vəziyyət müzakirə olunub. Bu məsələlərlə bağlı sərt açıqlamaların verilməməsi onu göstərir ki, tərəflər müəyyən irəliləyişə nail olublar. Bu irəliləyişlər sırasında şübhəsiz ki, NATO daxili keçirtmələrin tənzimlənməsi məsələləri var".

Politoloq həmçinin qeyd edib ki, bildiyimiz kimi Türkiyənin NATO-nun üzvü olan Yunanıstanla kifayət qədər gərgin münasibətləri var: "Yunanıstan və Kipr Türkiyənin xüsusilə də Aralıq dənizində neft-qaz yataqlarının aşkar etməsi ilə bağlı yaradılan gərginlik məsələləri var. Bu gərginliklərin də danışıqlar yolu ilə aradan qaldırılması məsələsi daim gündəmdədir. ABŞ-ın hazırki lideri gözəl başa düşür ki, bütün bu proseslərin həll olunması üçün Türkiyənin rolu danılmazdır və münasibətləri tənzimləmək həm NATO-nun həm də ABŞ-ın özünün maraqlarına qulluq edir. Bildiyimiz kimi Türkiyə rəsmiləri bəyan edib ki, artıq 3 dövlətlə danışıqlar gedir. Türkiyə kosmodrom tikmək və kosmodromu istismar etmək niyyətindədir. Əgər Türkiyə bu istiqamətdə də inkişaf etməyi, fəaliyyət göstərməyi nəzərdə tutubsa, qardaş Türkiyənin nəhəng dövlətlər sıraslna daxil olmasına çox böyük zəmin var. Ərdoğan və onun başçılıq etdiyi dövlət və hökumət üzvləri çox gözəl başa düşürlər ki bunlar olmalıdır. Düşünürəm ki, son zamanlar hər zaman olduğu kimi Türkiyə diplomatiyası zərgər dəqiqliyi ilə münasibətləri tənzimləyir və ABŞ-la da müttəfiq olmaqda israrlıdır və bu istiqamətdə də fəaliyyət göstərir".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə