Şuşa Bəyannaməsi İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - MƏQALƏ

Şuşa Bəyannaməsi İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - MƏQALƏ

Aqşin Bağırov,

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi

15 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin qardaş Türkiyə Cumhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Şuşaya səfəri bu iki dövlət arasındakı qardaşlığın ən uca zirvəsinə çevrilmişdir. Bir xalq-iki dövlət olan Azərbaycan və Türkiyə arasında Şuşa bəyannaməsinin imzalanması bu birliyin keyfiyyətcə daha yüksək səviyyəyə çatmasına səbəb olmuşdur. Bu bəyannamədə iki dövlət arasında bütün müstəvilərdə uğurla inkişaf edən qardaşlıq əlaqələri öz geniş əksini tapmışdır. Bu iki dövlət arasında olan sıx əməkdaşlıq Şuşa bəyannaməsi ilə daha böyük əhəmiyyət kəsb etdi, ölkələrimiz arasındakı münasibətlərin gələcəyini daha da möhkəmləndirdi. Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürkün vaxtilə söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi bu bəyannamə ilə bir daha öz təsdiqini tapdı. Azərbaycan Respublikası Prezidentinin müdrik siyasəti nəticəsində bu gün işğaldan azad olunmuş Qarabağ torpaqlarında, o cümlədən, Azərbaycanın mədəniyyət mərkəzi sayılan Şuşada aparılan geniş abadlıq və quruculuq işləri, yeni infrastruktur layihələrinin həyata keçirilməsi xalqımızın gələcəyə olan inamını daha da artırmışdır.

Şuşa bəyannaməsində iki ölkə arasında tərəfdaşlığın əhəmiyyətini və ölkələrin qüdrətini artıran hərbi sənaye sahəsindəki əməkdaşlıq hər iki dövlətin hərbi qüdrətinin artmasına öz töhfəsini verəcəkdir. Şuşa bəyannaməsi Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığını bütün dünyaya bildirən çox ciddi bir mesajdır.

Qəbul olunmuş Şuşa bəyannaməsinin ən mühüm cəhətlərindən biri də Şuşa şəhərində qardaş Türkiyənin Baş Konsulluğunun açılmasına dair qərarın qəbul olunmasıdır. Bu mühüm qərar iki qardaş xalq arasında münasibətləri daha dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa və quruculuq işlərində oynayacağı əhəmiyyətli roldan xəbər verir.

Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Şuşa bəyannaməsi mühüm tarixi hadisədir. İki dövlət arasında strateji müttəfiqlik münasibətləri hər bir dövlətin təhliükəsizliyinin təmin edilməsi deməkdir.

Müstəsna tarixi və siyasi əhəmiyyət daşıyan Şuşa bəyannaməsi Azərbaycan diplomatiyasının çox böyük uğurudur. Çünki, bu sənəd iki dövlətin sıx əməkdaşlığının təhlükəsizlik proseslərində nüfuzunu daha da artıracaqdır. Eyni zamanda imzalanmış bəyannamədə nəzərdə qeyd olunan Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Bu bəyannamə iki qardaş ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni üfüqlər açır.

Bütün xəbərlər Facebook səhifəmizdə