Rusiya politoloqu Şuşa Bəyannaməsindən və Zəngəzur dəhlizindən danışdı AKTUAL

Darya Qrebtsova: “Azərbaycan, Rusiya və Türkiyə Ermənistana təzyiq göstərməlidir”

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsini imzalamaları iki ölkə arasındakı münasibətlərin müttəfiqlik xarakterini təsdiq edir.

SİA-ya daxil olan məlumata görə, bunu rusiyalı politoloq, Rusiyanın Siyasi araşdırmalar institutunun direktor müavini Darya Qrevtsova deyib.

Onun sözlərinə görə, hər iki tərəf müttəfiqlik çərçivəsində regionun inkişafına hazır olduqlarını nümayiş etdiriblər: “Ən əsası, bu, müxtəlif iqtisadi layihələrin inkişafıdır. Ancaq bunun üçün hər şeydən əvvəl Zəngəzur dəhlizindəki kommunikasiyalar blokadadan çıxarılmalıdır”.

Darya Qrevtsova əlavə edib ki, burada hər üç tərəfdən - Azərbaycan, Rusiya və Türkiyədən Ermənistana mina xəritələrinin verilməsi üçün təzyiqlər göstərilməlidir.

O, qeyd edib ki, regionun intensiz inkişafı Ermənistana da sərf edəcək. Belə ki, kommunikasiyaların deblokadasından sonra yeni yollar açılacaq və investisiya layihələri, eləcə də digər bir çox layihələr reallaşdırılacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə