Bu ifadənin 14-cü əsrdə Latınca deyilişi “statu quo res erant ante bellum”- ("müharibədən əvvəlki vəziyyət") idi. Bu ifadə sonradan status-kvo ante bellum kimi istifadə olunmağa başladı və daha sonra status-kvoya qısaldıldı.

Status-kvonun qorunması çox vaxt böyük bir dəyişikliyə qarşı çıxmaqdan ibarətdir. Bu daha çox hərbi termindir və bu peşə insanlarına aid edilən sözdür. Sosial hərəkat, status-kvoya meydan oxuyan ən yaxşı fenomenlərin nümunələrindən biridir. Bu termin bir icmanın və ya millətin mədəni quruluşu və sosial iqlimi kimi anlayışların mövcud vəziyyətini təsvir etmək üçün istifadə olunur.

Siyasətçilər bəzən nə olduğunu təsəvvür etmək əvəzinə status-kvonu müdafiə edərək bu terminə müraciət edirlər. Almaniyadakı mövcud vəziyyət siyasi qeyri-müəyyənliyin ən yaxşı nümunəsidir. Clark Kerrin "Status-kvo, etiraz edilə bilməyən yeganə həll yoludur" dediyi iddia edilir. Bu o deməkdir ki, status-kvo təkbaşına meydan oxuya biləcək bir anlayış deyil və öz-özünə dəyişilməsi də gözlənilmir.

Status-kvonu qorumaq üçün müxtəlif qurumlar da yaradılıb. II Dünya Müharibəsindən sonra vəziyyəti sabitləşdirmək üçün qurulan Birləşmiş Millətlər Təşkilatı bunun üçün yaxşı nümunədir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə