"Beşinci kolon” nədir? - SİYASİ LEKSİON

Siyasi arenada tez-tez xain kütlələrə aid olunan bu sözü araşdıracayıq. "Beşinci kolon” ifadəsi siyasi leksikona İspaniyadaki vətəndaş müharibəsi (1936-1939) zamanı daxil olub. Bu ifadə respublikaçıkarın faşist lider, Frankonun gizli tərəfdarlarına verdiyi ad olub. Daha sonra isə nasist dəstəkçilərə aid edilir.

Daha dəqiq desək, ifadədən ilk dəfə 1936-cı ildə Franko ordusunun generalı olmuş Emilio Mola istifadə edib. Madridə hücum zamanı o, radio ilə xalqa səslənərək məlumat verib ki, onun tabeliyində olan dörd hərbi kolondan başqa, şəhərin içində də beşinci kolonu, yəni gizli çoxsaylı dəstəkçisi var.

Almaniyanın 1940-cı ildə Fransaya hücumu zamanı, ABŞ, Fransanın daxilindəki Hitler tərəfdarlarını bu cür adlandırmışdı. 1940-cı ildə ABŞ-da dərc olunan "Life” jurnalı "Nasist beşinci kolon” sərlövhəsindən istifadə etmişdi. Həmin il Britaniyanın baş naziri Uinston Çörçil öz çıxışında demişdi ki, “Parlament bizə "beşinci kolonu" dəmir əl ilə yatırmaq üçün kifayət qədər güc verib”. Daha sonra ifadə nasistlərin Çexoslovakiya və Polşa və başqa ərazilərindəki gizli tərəfdarları haqqında işlədilirdi.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə