Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev 7-10 iyun tarixlərində Moskva şəhərində səfərdə olub və bir sıra tədbirlərdə iştirak edib.
O, iunun 7-də "Vestnik Kavkaza" və "Sever-Yug" Siyasi Mərkəzi tərəfindən birgə təşkil olunmuş "Rusiya-Azərbaycan: Cənubi Qafqazda yeni şəraitdə strateji əməkdaşlıq" mövzusunda Rusiyanın alim və mütəxəssislərin iştirakı ilə keçirilən konfransda çıxış edib.
Tədbirdə həmçinin XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov da iştirak və çıxış edib. Konfransda müzakirələr Azərbaycan siyasətinin təhlili və Rusiya ilə əməkdaşlıq məsələləri istiqamətində aparılıb.
Daha sonra iyunun 8-9-da F.Şəfiyev həm qlobal, həm də regional problemlərin müzakirə olunduğu "Primakov qiraətləri"ndə iştirak edib. İyunun 10-da Fərid Şəfiyev Rusiya Elmlər Akademiyasının Beynəlxalq İqtisadi Əlaqələr İnstitutu tərəfindən təşkil olunmuş "Avrasiyada inteqrasiya prosesi: problemlər və perspektivlər" mövzunda konfransa qatılıb.
Tədbirin Qafqaza həsr olunmuş bölməsində çıxış edən səfir F.Şəfiyev regionda iki Qarabağ müharibəsindən sonra yaranmış problem və perspektivlərdən danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB