"Erməni faşizmi yenidən baş qaldırarsa, bu zaman..." - HƏRBİ EKSPERT AÇIQLADI

"Təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsində məğlub olmasına rəğmən, Ermənistan yenə də təxribatçı cəhdlərdən əl çəkmək istəmir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, Ermənistanın diversiya cəhdləri və mina terrorunun qarşısını almağın ən effektiv yollarından biri heç şübhəsiz, beynəlxalq təşkilatları bu prosesə cəlb etmək, onların erməni cinayətlərinə adekvat reaksiya verməsini təmin etməkdir: "Təəssüflər olsun ki, 10 noyabr 2020-ci il bəyanatından 6 aydan çox müddət keçsə də, Ermənistan bu gün də minalanmış ərazilərin xəritəsini ölkəmizə vermək istəmir. Bununla yanaşı, erməni təxribatçıları bəzən əlverişsiz hava şəraitindən, mürəkkəb coğrafi relyefdən istifadə edərək Azərbaycan ərazisinə sızıb, mina basdırmağa cəhd edirlər. Hərbçilərimizin sayıqlığı sayəsində bu kimi halların qarşısı qətiyyətlə alınır".

Cəlil Xəlilov həmçinin qeyd edib ki, lakin bu təxribatları beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri də görməli, rəsmi Ermənistanı bu təxribatlardan çəkindirmək üçün əməli addımlar atmalıdırlar: "Bu addımlardan biri kimi Ermənistana iqtisadi-siyasi sanksiyaların tətbiq edilməsi effektiv olardı. Belə bir addım Ermənistanı təxribatlardan çəkindirmək, regionda sülhün və sabitliyin qorunmasını təmin etmək baxımından da faydalı olar. Digər baxımdan, ölkə başçısının da qeyd etdiyi kimi, “Dəmir yumruq” yerindədir və erməni faşizmi yenidən baş qaldırarsa, bu zaman Ermənistan ordumuz tərəfindən daha ölümcül zərbə və itkilərə məruz qalacaq. Bu baxımdan Ermənistanın yaxın tarixdəki məğlubiyyətindən dərs çıxarmasına ciddi ehtiyac var".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...