Yaxud, Məhəmməd Mirzəli haqq elədiklərindən başqa daha nələrə layiqdir?
Bugünlərdə Fransa prezidenti Emmanuel Makronun vətəndaşlarla keçirdiyi ayaqüstü görüşü zamanı yaşanan gözlənilməz kuryoz hadisə - yəni ona vurulan şapalaq videogörüntüsü anında dünyanın bir çox media orqanlarında, eləcə də sosial şəbəkələrində sürətlə yayıldı. Əslində, bu şapalağı haqq elədiyini yaxşı bilən Fransanın dövlət başçısı onu da dərk edir ki, uzun müddətdir ölkənin bütün əyalətlərində tüğyan edən narazılıqlar dalğası pik həddinə çatıb və şapalaq məsələsi bu həddin ən təbii nəticəsidir. Yəni ona qarşı uzanan əl - əslində narazı, etirazçı, onun siyasətini bəyənməyən on minlərlə sayı olan hər bir fransızın vahid şəkildə cəmləşdiyi və şapalağa çevrildiyi reallıqdır. Necə deyərlər, olacağa çarə yoxdur və baş verən hadisə bəlkə də çoxdan yetişmişdi, sadəcə, qalırdı onun icrasına ki, o da yaşandı…
Makron yaxşı bilir ki, onun siyasətinə etiraz edən minlərlə insanları azadlığa buraxarsa, ona qarşı daha nəhəng qiyamlar baş qaldıra bilər



Lakin Makronun ona qarşı fiziki güc tətbiq edən şəxsləri (onlar iki nəfər imiş) bağışladığını bəyan etməsi inanın ki, heç bir səmimiyyət çərçivəsinə sığmır. Daha dəqiq desək, əgər qarşıdan növbəti seçkilər gəlməsə idi, onun bu şəxsləri bağışlayacağını iddia etmək olmazdı. Əslində, Makron ona endirilən şapalağa görə həmin şəxslərə minnətdar da olmalıdır, axı seçkilər ərəfəsində ona reytinq qazandırdılar. Daha doğrusu, o, “mən onları bağışladım” deməklə, dərhal cəmiyyətdə “humanist mələk” obrazını yaratdı.
Lakin gəlin-görək, xalq onu bağışlayırmı? Təkcə son sarıjiletlilər qiyamında Fransanın paytaxtı da daxil olmaqla əyalət və vilayətlərində saxlanılan şəxslərin sayı onminlərlədir. Üstəlik, sarıjiletlilərin kütləvi etiraz aksiyaları zamanı müxtəlif bədən xəsarətləri alanlar, əlilllik dərəcəsinə çatanlar, hətta həyatlarını itirənlər də oldu! Bax, onlar və onların ailələri Emmanuel Makronu heç vaxt bağışlamayacaqlar, eləcə də Makron daha səmimi görünmək üçün həbsə atılan etirazçıları əfv edə, bağışlaya bilərdi, amma bunu etmir və etməyəcək. Çünki yaxşı bilir ki, onun siyasətinə etiraz edən minlərlə insanları azadlığa buraxarsa ona qarşı daha nəhəng qiyamlar baş qaldıra bilər. Seçkilər ərəfəsində isə belə bir tale ona ümumiyyətlə sərf etməz, uduzmaq və xalqı tərəfindən linç olunmaq da istəmir axı…
Məsələn, Məhəmməd Mirzəli “ŞƏRƏFSİZ” adını haqq edib və ucuz həyatını şərəfsizcəsinə yaşamaqda davam edir

Bütün bunlar öz yerində, amma gəlin indi də nəzərimizi salaq Avropada yaşayan və adlarını “siyasi mühacir” qoyaraq dövlətimiz, hakimiyyətimiz əleyhinə fəaliyyət göstərənlərə, divan siyasətçilərinə və düşmən dəyirmanına su tökənlərə. Belə ki, sözügedən hadisədən sonra, yəni Makronun ona şapalaq ilişdirən ürəkli fransızları “bağışlamasından” sonra dərhal hadisənin bir ucunu ölkəmizə, ölkə rəhbərliyimizə bağlamağa çalışan bişərəf satnıqlardan biri də AXCP sədri Əli Kərimlinin erməni aşnalarına canla-başla işləyən nökəri Məhəmməd Mirzəlidir.
Ona-buna “dürüstlükdən” dəm vurub, insanların pullarını atan bu siyasi gəda elə bilir ki, Makron həqiqətən də humanizm nümayiş etdirib. Amma unudub ki, bu dünyada kim nəyi haqq edirsə, onu da alır. Məsələn, Məhəmməd Mirzəli ona “ŞƏRƏFSİZ” deyən arvadından incimədiyini etiraf edir, üstəlik, bu sözdən “ləzzət” aldığını bildirir. Demək ki, o “ŞƏRƏFSİZ” adını haqq edib və ucuz həyatını şərəfsizcəsinə yaşamaqdadır.
Məhəmməd Mirzəli yalnız törətdiyi əməllərinə görə tam haqqını almayıb, onun qarşıda alacağı haqları o qədərdir ki…

Yaxud, bu yaxınlarda insanlardan aldatma yolu ilə aldığı pul-paranı geriyə qaytarmadığına görə döyülən, nəinki şapalaq, hətta təpiklər və s. qazanan Məhəmməd Mirzəli bu cür sonluğa layiq görülməliydi ki, onu da haqq edib. Eləcə də, Makron da haqq elədiyi şapalaq payını aldı və maraqlıdır ki, ona dəyən şapalaq sanki Məhəmməd Mirzəliyə də dəyib. Yoxsa özünə bu qədər əl qatıb, mövzu ətrafında sözün əsl mənasında kuklalıq etməzdi. Amma bəri başdan onu da qeyd etmək yerinə düşərdi ki, Məhəmməd Mirzəli yalnız yaşadığı olaylara görə tam haqqını almayıb, onun qarşıda alacağı haqları o qədərdir ki… Hər şeyin öz vaxtı-vədəsi olduğu da kimsəyə sirr deyil. Əgər Makron kimi “adamın” simasız simasına şapalağın ilişdirildiyi vaxt çatmışdısa, o da oldu. Ona görə də Mirzəli ümumiyyətlə özünə əl qatmasın, onun bu günə qədər törətdiyi əməlləri o qədər ağırdır ki, bağışlanmayacaq dərəcəsindədir. Ümumiyyətlə, o bu günə qədər göstərə bilərmi ki, dünyanın hər hansı ölkəsində dövlətə xəyanətə görə kimsə əfv olunaraq bağışlansın? Əlbəttə, belə fakt yoxdur. Təəssüf ki, etik tələbləri poza bilmədiyim üçün həmin Məhəmməd Mirzəlinin haqq eləyəcəkləri digər mümkün ehtimalları burada ictimailəşdirərək izhar edə bilmirəm. Amma xalqımız arif xalqdır və necə deyərlər, sözü yarısından tutur…
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB