“15 İyun dövlətimizin tarixinə qızıl hərflərlə həkk olunub” ÖZƏL-MÜNASİBƏT
“15 İyun dövlətimizin tarixinə qızıl hərflərlə həkk olunub. Çünki o vaxtlar ölkədə vəziyyət tam ağırlaşmışdır. Bir yandan düşmən tərəfindən sürətlə torpaqlarımızın işğalı, digər tərəfdən ölkədə vətəndaş müharibəsinin baş qaldırması ciddi problemlər yaratmışdır. Ölkədə yaranmış ağır durum təbii ki, o dövrdəki hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, təcrübəsizliyi və şəxsi maraqları hər şeydən üstün tutması nəticəsində meydana gəlmişdi”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, ölkəmizdə cərəyan edən ağır durum ikinci dəfə - 70 ildən sonra nail olduğumuz dövlət müstəqilliyimizin mövcudluğunu təhlükə altına salmışdır: “O dönəmdə Azərbaycanın dövlət kimi dünya xəritəsində qalıb-qalmaması ilə bağlı bir təhlükə meydana gəlmişdir. Belə ağır durumdan xalqı ancaq siyasi təcrübəyə malik, iradəli, qətiyyətli, bir şəxsiyyət qurtara bilərdi. Bu şəxsiyyət də Böyük Şəxsiyyət Heydər Əliyev idi. Dahi Öndərimizin xalqın çağırışı ilə siyasi hakimiyyətə QAYIDIŞI ölkədəki özbaşınalıqların qarşısını aldı, ictimai-siyasi sabitlik təmin olundu, ordu quruculuğuna nail olundu, ölkənin gələcək inkişafı üçün iqtisadi əsaslar yaradıldı, dövlət idarəetmə strukturu sistemi formalaşdı, Konstitusiyamız qəbul olundu. Məhz, Ulu Öndərimiz Heydər Əliyevin müəllifliyi ilə qəbul olunan Konstitusiyada ölkədə yaşayan bütün insanların hüquqları eyni səviyyədə təmin edildi, vətəndaş cəmiyyətinin inkişafı, demokratik proseslərin dərinləşməsi, insan hüquqlarının müdafiəsi sahəsində əsaslı imkanlar yaradıldı. Bu gün biz qalib ölkəyik. Məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Onun ən layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində biz qalib ölkəyə çevrildik. Təbii ki, Dahi Öndər Heydər Əliyevin ruhu bizimlədir. Ulu Öndər Heydər Əliyev xalqımızın sevincini görür və Onun ruhu şaddır. Azərbaycan nə qədər yaşayacaqsa, Dahi Şəxsiyyət Heydər Əliyev hər zaman xalqımızın yaddaşında olacaq və bizimlə bir yerdə yaşayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB