Türkiyə prezidentinin Türkmənistana səfəri başa çatıb

Türkiyə prezidentinin Türkmənistana səfəri başa çatıb

Türkiyənin prezidenti Abdullah Gülün Türkmənistan səfəri başa çatıb. SİA-nın məlumatına görə, səfər çərçivəsində Türkmənistanın prezidenti və bir sıra nazirlərlə görüşən dövlət başçısı önəmli açıqlamalar verib.

Gül ölkələr arasındakı əlaqələrin inkişaf edəcəyini, xüsusilə Türkmənistanın təbii qaz ehtiyyatının beynəlxalq bazarlara çıxarılması ilə bağlı əməkdaşlığa diqqət yetirildiyini bildirib: \"Ana vətənim olan Türkmənistana səfərə gəldiyimə görə çox şadam. Artıq 4-cü dəfədir ki, bu ölkəyə səfər edirəm. Hər səfərimdə ölkənin nə qədər inkişaf etdiyini gördükcə daha da qürurlanıram. Müstəqilliyinin 20-ci ilini qeyd edən Türkmənistanın böyük inkişafı göz qabağındadır və bu gedişlə ölkə yaxın gələcəkdə dünyanın cəzbedici mərkəzlərindən birinə çevriləcək. Ölkələr arasındakı əməkdaşlığın inkişafı istiqamətində hər cür addımı atmağa hazırıq. Ən əsası da, Türkmənistanın zəngin qaz yataqları var. Qaz ehtiyyatının dünya bazarlarına çıxarılması ilə bağlı əməkdaşlıq müqaviləmiz var. Bununla bağlı da bir sıra ciddi addımların atılmasını nəzərdə tutmuşuq\".

Qeyd edək ki, səfərini başa çatdıran Abdullah Gül artıq İstanbuldadır.

Bütün xəbərlər Facebook səhifəmizdə