Argentinada Azərbaycanın Respublika günü qeyd olunub

Argentinada Azərbaycanın Respublika günü qeyd olunub

Argentinanın paytaxtı Buenos-Ayresin "Four Season" mehmanxanasında 28 may - Respublika Günü təntənəli qeyd olunub. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, tədbirə Argentina hökumətinin, qanunvericilik orqanının, siyasi partiyaların, ölkədə akkreditə olunan diplomatik korpusun, işgüzar, elmi, mədəniyyət çevrələrinin, dini-icma təşkilatların, kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılıblar.

Argentina Respublikası və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildikdən sonra səfir Məmməd Əhmədzadə nitq söyləyib.

Respublika Gününün tarixi əhəmiyyəti barədə məlumat verən Məmməd Əhmədzadə bu il həmin tarixin Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etməsinin xüsusi önəm daşıdığını deyib. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra üzləşdiyi problemlər, xüsusilə də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən danışan səfir 1993-cü ildən sonra ölkəmizdə sabitlik, inkişaf və tərəqqi mərhələsinin başlandığını deyib.

Tədbir çərçivəsində "Four Season" mehmanxanasında açılmış Azərbaycanla bağlı fotosərgi, habelə ölkəmizin mədəniyyəti və ənənələrini tərənnüm etdirən guşə xüsusi marağa səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə