Rusiyalı ekspert: “Rusiya və beynəlxalq jurnalistlər ittifaqları rəsmi reaksiya verməlidir” TƏLƏB!

“Erməni minasında azərbaycanlı jurnalistlərin olduğu maşın partlayıb, ölənlər və yaralananlar var. Həlak olanlar öz vəzifə borclarını icra edən bizim həmkarlarımızdırlar”. SİA xəbər verir ki, bunu Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi-siyasi ekspert İqor Korotçenko hadisə ilə bağlı münasiətində deyib.

Onun sözlərinə görə, Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində mina təhlükəsi hər yerdə mövcuddur.

“Biz, bu yaxınlarda Ağdam və Fizuli rayonlarını ziyarət etmiş Rusiya jurnalistləri və ekspertləri də həyatlarımızı təhlükəyə ataraq peşə borcumuzu yerinə yetirmişik ki, baş verənləri obyektiv olaraq məlumatlandıraq. Və biz də erməni minalarına düşə bilərdik”, deyən Korotçenko əlavə edib ki, azərbaycanlı jurnalistlərin həlak olması ilə bağlı Rusiyanın Jurnalistlər İttifaqı rəsmi bəyanatla çıxış etməli və rəsmi İrəvandan tələb etməlidir ki, azad olunmuş ərazilərdəki minalanmış sahələrin xəritəsini dərhal təqdim etsin.

“Beynəlxalq jurnalist ittifaqlarından faciə ilə bağlı reaksiya gözləyirik. Ümumi tələb – Ermənistana qarşı təzyiq göstərərək ona mina xəritələrini verməyə məcbur etmək”, Korotçenko deyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə