"Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi müxalifətin hakimiyyətə qarşı aksiyaları durmadan davam edir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, bu fonda xüsusilə itkin düşmüş əsgərlərin valideyinlərinin hakimiyyətə və hakimiyyətin müxtəlif qollarına qarşı mitinqləri aksiyaları davam edir: “Hesab edirəm ki, bunun başlıca səbəbi Ermənistanda mövcud hakimiyyət funksiyalarını icra etməsində müəyyən problemlərin özünü göstərməsi ilə bağlıdır. Siyasi terminologiyada buna katelepsiya da deyilir. Katelepsiyanın mahiyyəti hakimiyyətin bütünlüklə və ya müxtəlif qollarda öz funksiyasını icra etməsində müəyyən qüsurların, problemlərin üzə çıxması ilə bağlıdır. Bu gün Ermənistanda tam siyasi katelepsiya baş alıb gedir. Ermənistanda hakimiyyət qolları mərkəzi hakimiyyətdən qaçma meyilləri kifayət qədər güclüdür. Eyni zamanda hakimiyyət qolları, baş nazirə tabe olmaqda da müəyyən problemlər artıq özünü göstərir. Ermənistan XİN rəhbərinin istefa verməsi, eyni zamanda Avropada səfərdə olarkən baş nazir müavininin Nikol Paşinyanın davranışları haqqında açıqlama verməsi, Müdafiə Nazirliyinin ümumi Ermənistan hökumətinin siyasətinə zidd fikirlər səsləndirməsi, Ermənistanda siyasi katelepsiyanın baş alıb getdiyini sübut edir".
Ekspert həmçinin qeyd edib ki, bir neçə gün bundan əvvəl Abovyan şəhərinin morqunda bəzi məlumatlara görə, 300-ə yaxın erməni meyitinin morqda saxlanılması və valideyinlərinə bu barədə heç bir məlumat verməməsi, informasiyanın cəmiyyətə sızdırıldığı onu göstərir ki, Ermənistan hakimiyyəti hətta öz xalqına qarşı da belə vandal hərəkətləri etmək keyfiyyətlərinə sahibdir: "Baş verən hadisələr onu göstərir ki, artıq Ermənistan cəmiyyəti də dərk edir ki, bu proseslərdə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti deyil, birbaşa Ermənistan hakimiyyəti mövcud, siyasi rejimi məsuliyyət daşıyır. Mövcud hakimiyyət Ermənistan xalqına qarşı hətta əsgərlərin meyitlərinin gizlədilməsinə qədər gedə biləcək addımlara qadirdilər. Ermənistan cəmiyyətində qarşıdurmalar bundan sonda da inkişaf edəcək . Xüsusilə seçkilərin nəticələri açıqlanandan sonra Paşinyan və onun komandası əgər seçkidə qalib gələrsə vətəndaş müharibəsi daha da inkişaf edə bilər".
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB