"Hakimiyyət uğrunda mübarizə aparanlar uşaqlarımızı qaytarsınlar" İTGİN HƏRBÇİ ANASI

"Hakimiyyət uğrunda mübarizə aparanlar uşaqlarımızı qaytarsınlar" İTGİN HƏRBÇİ ANASI

Baş nazir ən dəyərsiz adamdır, əvvəl arvadı ad gününü qeyd etməyə getdi, indi də özü, qoy uşaqlarımızı tapsınlar. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri itkin düşmüş hərbçinin anası Alla iyunun 2-də Rusiyanın Ermənistandakı səfirliyi yaxınlığında keçirilən etiraz aksiyası zamanı söyləyib.

“Rəhbərliyimiz hakimiyyət uğrunda mübarizə aparır və yalnız öz cibləri üçün maraq göstərirlər. Yeganə ümidimiz Allahadır. Onları video materiallarda gördük. Sizə də rəhbər deyilər? Uşaqlarımızı qurtarmaq və geri gətirmək əvəzinə kreslolarından bərk-bərk yapışıblar. Dəyərsiz baş nazir bu vəziyyətimizdə doğum gününü qeyd edir”, deyə 8 aydır oğlu haqqında heç bir məlumatı olmayan qadın narazılığını bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə