Hər kəs üçün yola “hə”, dəhlizə “yox” - Paşinyanın müavini danışıqların detallarını açıqladı

Hər kəs üçün yola “hə”, dəhlizə “yox” - Paşinyanın müavini danışıqların detallarını açıqladı

Ermənistan, Rusiya və Azərbaycanın işçi qrupu SSRİ dövründə bölgədə fəaliyyət göstərən infrastrukturların blokdan çıxarılmasını və bərabər şərtlərlə malların daşınmasını müzakirə edir. SİA xəbər verir ki, baş nazirin müavini, erməni tərəfdən üçtərəfli qrupun rəhbəri Mqer Qriqoryan "Armenpress" dövlət agentliyinin sualını cavablandırarkən belə deyib.

O, işçi qrupun işə davam edəcəyi təqdirdə bu məsələlərin müzakirə mərkəzində olacağını vurğulayıb.

Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 11 yanvar bəyanatına uyğun olaraq ekspert səviyyəsində üçtərəfli işçi qrupu təhlükəsizlik, sərhəd və gömrük nəzarəti məsələlərini və digər texniki məsələləri nəzərə alaraq dəmir yolu və avtomobil nəqliyyatı variantlarını araşdırır.

İndi bütün bu məqamlar MDB-nin normativ bazası, eləcə də Ermənistanın iştirak etdiyi çoxtərəfli beynəlxalq müqavilələr və konvensiyalar əsasında müzakirə olunmağa davam edir. Regionun digər ölkələrinin infrastrukturları ilə mümkün əlaqələr də qiymətləndirilir.

"Hazırda danışıqlar Sovet dövründəki dəmir yolu infrastrukturunun bərpasının və malların bərabər əsasda və bərabər imkanlarla daşınmasının mümkünlüyünü ən aydın şəkildə göstərir. Yenə də vurğulayırıq ki, "dəhlizin" məntiqi ilə bağlı məsələni Ermənistan müzakirə etməyib və müzakirə etməyəcək- Qriqoryan vurğulayıb.

Xatırladaq ki, əvvəllər Baş nazir Nikol Paşinyan Ermənistanın ərazisi üzərindən nəqliyyat əlaqələrini birtərəfli qaydada açmayacağını bildirmişdi (yalnız qarşılıqlı əlaqə əsasında-red).

Sovet vaxtında, Ermənistan SSR-dən dəmir yolu İranla əlaqəli olduğu yerə - Naxçıvana qədər gedirdi. Buradan sonra isə, bu dəmiryolu Meqridən Azərbaycan SSR vasitəsilə RSFSR ilə əlaqələnirdi.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə